Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı şəhəri
Sahə: Tikinti və tikinti layihələrinin idarə edilməsi
İş qrafiki: Tam iş günü
Tələblər
Yaş həddi: 25 - 45 yaş
Tikinti layihələrinin planlaşdırılması və icrasına rəhbərlik etmək;
Layihələrin təsdiq olunmuş qrafikə, büdcəyə və texniki tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
Tikinti işlərinin keyfiyyətinə və texniki norma və standartlara uyğunluğuna nəzarət etmək;
Memarlar, mühəndislər, texniki heyət, podratçılar və təchizatçılar arasında koordinasiyanı təmin etmək;
Layihə üzrə material və avadanlıq tələbatını müəyyənləşdirmək;
İşlərin gedişatı barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
Yaranan problemləri operativ həll etmək və layihənin vaxtında təhvil verilməsini təmin etmək.
Vəzifə öhdəlikləri
Tikinti, inşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Tikinti layihələrinin idarə edilməsi üzrə iş təcrübəsi;
Tikinti norma və qaydalarını, texniki sənədləri və layihə cizgilərini bilmək;
AutoCAD, MS Project və MS Office proqramları ilə işləmək bacarığı;
Komandanı idarəetmə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
Azərbaycan dilini sərbəst bilmək.
İş şəraiti
Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
Rəqabətqabiliyyətli əməkhaqqı;
Peşəkar və dinamik iş mühiti;
Karyera və peşəkar inkişaf imkanları.
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV atmağınız xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
