Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Performance Center Co

Maliyyə şöbəsinin rəhbərinin müavini - baş mühasib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Maliyyə mühasibatlıq hesabatlarının tərtibi; Aylıq, rüblük, illik olmaqla vergi DSMF və statistika hesabatlarının hazırlanması; Gündəlik maliyyə - mühasibatlıq işlərinə nəzarət etmək və səmərəli təkliflər vermək; İnventarizasiyalar aparmaq , qiymətlilərin sayımına nəzarət; Vergi məsələlərin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili; Büdcə-proqnoz işlərinin təşkili, şirkətin maliyyə hesabatlılıq sisteminin təhlil və təqibi; Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi; Maliyyə uçotunu təşkil etmək, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının uçota alınmasını, sənədləşdirilməsini təmin etmək və onlara nəzarət etmək; Maliyyə hesabatlarının periodik olaraq tərtib edilməsini təmin etmək; Vergi uçotunu təşkil etmək, optimallaşdırmaq və onlara nəzarət etmək(Kameral yoxlamalara nəzarət,məktubların yazılması və .s); Dövlət orqanlarına aylıq, rüblük, illik hesabatların hazırlanaraq təqdim edilməsini həyata keçirmək; ERP-də əməliyyat dövrünün bağlanmasını həyata keçirmək; Dövriyyə-qalıq cədvəllərini hesablar üzrə təhlil etmək; Mühasibat uçotu ilə bağlı müəssisənin fəaliyyəti üçün digər zəruri işləri aparmaq. Tələblər: Ali iqtisadi təhsil; MS Office və 1C proqramlarını bilməli; PMS sertifikatı; Baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi; Mühasibatlıq qanunvericiliyi, Mühasibat uçotunu və Mühasibat müxabirləşmələrini bilməli; Vergi və Əmək məcəlləsini bilməli; ƏMAS portalında işləmə bacarığı olmalı; Dil bilikləri: Azərbaycan dili əla, rus dili və ingilis dili arzuolunandır; Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti; Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı. İş şərtləri: İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək Əmək haqqı: 2500-3000 Azn Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Maliyyə şöbəsinin rəhbərinin müavini - baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.