Vakansiya haqqında
Tələblər mütləqdir!
Radiotexnika və telekommunikasiya mühəndisliyi, Energetika və avtomatika, Maşınqayırma və robototexnika və digər texniki fakultələrin məzunları
Yaş həddi: 25-30
Dil bilikləri: Rus dili mütləq, İngilis dili arzuolunandır
MS Excel , MS Word proqramlarından istifadə
İş öyrədilir!
Vəzifə öhdəlikləri:
Kütləvi və spesifik bazarın məqsədləri üçün avadanlığın, ötürücülərin, aksessuarların axtarılması, öyrənilməsi, sınanması və texniki təhlili.
Əsas istehsalçıların və provayderlərin yeni avadanlığının/mikroproqram/proqram təminatının öyrənilməsi və sınanması.
Cari nasazlıqların aradan qaldırılması və məhsulun müştərinin tələblərinə uyğun inkişafı məqsədilə avadanlıq və proqram həlləri istehsalçıları/yaradıcıları ilə iş.
Kütləvi və spesifik satışlar üçün texnoloji həll şablonlarının hazırlanması, sınaqdan keçirilməsi və buraxılışı.
Tədqiqat işlərində iştirak;
İş şərtləri:
Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
İstirahət günləri – şənbə və bazar günləri
Əmək haqqı: 700-800 Azn
Yalnız uyğun namizədlər CV-lərini “Kiçik mühəndis” başlığı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yönləndirə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
