Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Resepsion əməkdaşlarının işini təşkil etmək və onlara nəzarət etmək;
Qonaqların qarşılanması, qeydiyyatı və yerləşdirilməsi prosesini idarə etmək;
Rezervasiyalara və otaq bölgüsünə nəzarət etmək;
Qonaq şikayət və müraciətlərini operativ şəkildə həll etmək;
Kassa əməliyyatlarının və növbə hesabatlarının düzgün aparılmasını təmin etmək;
Housekeeping və digər şöbələrlə koordinasiyalı işləmək;
Otelin xidmət standartlarına riayət olunmasına nəzarət etmək
Namizədə tələblər:
Otelçilik sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi;
Qəbul və qeydiyyat sahəsində idarəetmə və təşkilatçılıq bacarığı;
Yüksək ünsiyyət və komanda idarəetmə qabiliyyəti;
Azərbaycan dilini səlis bilmək, ingilis və rus dillərini orta səviyyədə bilmək;
Fidelio proqramı ilə işləmə bacarığı üstünlük sayılır;
Excel orta səviyyə;
Məsuliyyətlilik, operativlik və qonaq məmnuniyyətinə yönümlülük;
Növbəli iş rejimində işləmək imkanı.
Biz nə təklif edirik?
Peşəkar və dinamik iş mühiti;
Karyera və peşəkar inkişaf imkanları;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilən əmək münasibətləri.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
