Vakansiya haqqında
İş şəraiti
İşəgötürən: Qartal Tikinti Firması
İlkin əmək haqqı: 800 Azn Vergilər çıxıldıqdan sonra
Sınaq müddətindən sonra: 1000 AZN (Vergilər çıxıldıqdan sonra)
İş yeri: Sumqayıt şəhəri
Tələblər:
Ali təhsilli olmalı;
İnsan Resursları üzrə kurs bitirməli;
Minimum 1 il ofis meneceri vəzifəsində iş təcrübəsi olmalı;
Ofis proqramlarını (Word, Excel, Outlook) mükəmməl bilməli;
İnsanlarla xoş ünsiyyət yarada bilmək qabiliyyəti, kollektiv üzvləri ilə yaxşı münasibət qura bilmək qabiliyyəti olan xanım namizəd tələb olunur;
İşində dəqiq, məsuliyyətli, işgüzar olmalı;
23-30 yaş həddində xanım olmalı;
Sumqayıt şəhərində yaşaması mütləqdir. Digər şəhərlərdə yaşayanlar müraciət etməsinlər.
İş haqqında məlumat:
Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
Sənədlərinin dövriyyəsinin təmin edilməsi;
İSB sistemində sığorta edilmə prossesinin həyata keçirilməsi;
Sənədlərin təyinatı üzrə arxivdə yerləşdirilməsi və cavabdehlərə göndərilməsi;
İşçilərin tabelinin gündəlik,həftəlik və aylıq aparılması;
Firma əməkdaşlarının korporativ nömrələrinin balans əməliyyatlarının həyata keçirilməsi;
Direktorun dəvət olunduğu tədbirlərin öncədən yazılıb poçta yerləşdirilməsi;
Nəzarətdə olan tapşırıqları hər günün sonunda direktora göndərilməsi;
Əmək müqavilələrinin və xidmət müqavilələrinin hazırlanması və xitam verilməsi;
Əmək müqavilələrinin ƏMAS sistemində yerləşdirilməsi və kargüzarlıq;
Məktubların, emaillərin yazılması və göndərilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İşçi üçün yaradılan şərait:
İş saatı 09:00-18:00;
Nahar firma hesabına verilir;
İstirahət günü - Şənbə və Bazar günləri;
İş yeri Sumqayıt şəhərində firmanın baş ofisindədir.
CV-nizi mövzu yerində “Kadrlar üzrə mütəxəsis / Ofis meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqələndirici şəxs: Rəşid Əhmədov
Telefon: +994 50 235 19 66
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
