Vakansiya haqqında
İş şəraiti
İş yeri: Masallı, Lənkəran şəhəri, Cəlilabad, Biləsuvar şəhərləri
İş saatı 09:00 – 18:00
Əmək haqqı 400 Azn + nəticələrə əsasən bonus və mükafatlar
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun elektron sənədləşmə aparılır;
Stabil əmək haqqı və nəticələrə əsasən bonus və mükafatlar;
Maaş namizədin təcrübəsinə və performansına uyğun təyin olunur;
İldə bir dəfə iş stajına uyğun olaraq şirkət hesabına məzuniyyət verilir;
Vəzifə öhdəlikləri
Gündəlik tibbi müəssisələrin və digər potensial müştərilərin ziyarəti, yeni müştərilərin cəlb edilməsi;
Məhsulların tanıdılması, təqdim edilməsi, tələbat yaradılması və satışının təşkili;
Bazarın araşdırılması, məhsul və müştəri ilə bağlı satış məlumatlarının analizi;
Korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi;
Satış strategiyasına uyğun olaraq müştəri bazasının formalaşdırılması;
Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması.
Tələblər
Ali və ya orta tibb təhsili;
Səlis və aydın nitq, sistemli təqdimat bacarığı;
Rəsmi və səliqəli geyim tərzi;
Dürüstlük, məsuliyyətlilik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
Dinamik iş rejiminə və kollektivdə işləməyə uyğunluq;
Təcrübə 1-3 il;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
