Vakansiya haqqında
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
Onlayn satış əməliyyatları şöbəsinin ümumi fəaliyyət strategiyasını müəyyənləşdirməsi və rəhbərliyinin strateji hədəflərinə uyğun inkişaf etdirməsi;.
Sifariş və satış bölmələrinin fəaliyyətinə nəzarət edərək, onların koordinasiyasının təmin edilməsi;
Yeni əməkdaşlarla müsahibələrin keçirilməsi, təyin olunması və adaptasiya olunmasına nəzarət edilməsi;
Sifariş və satış bölmələri üzrə proseslərin düzgün icrasına nəzarət etdilməsi və onların təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi;
Şirkətin müəyyən etdiyi qaydalara, prosedurlara və müştəri məmnuniyyəti standartlarına uyğun işlənmənin təmin edilməsi;
Onlayn satış və sifarişlərlə bağlı avtomatlaşdırma və digər rəqəmsal həllərin araşdırılması və tətbiq edilməsi;
Satış və sifariş bölmələrinin aylıq, rüblük və illik hesabatlarının hazırlanması və analiz edərək rəhbərliyə təqdim etməsi;
KPI göstəricilərinə nəzarət edərək, hədəflərin yerinə yetirilməsinin təmin edilməsi və performansın artırılması üçün tədbirlərin görülməsi;
Müştəri məmnuniyyəti və satış effektivliyi ilə bağlı təhlillərin aparılması, inkişaf üçün təkliflərin hazırlanması;
Satış və sifariş bölmələrinin rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi, iş bölgüsünə və fəaliyyətə nəzarət edilməsi;
Komanda üzvlərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə təlim və inkişaf proqramların təşkil edilməsi; • Bölmə rəhbərlərinin fəaliyyətinin qiymətləndirilməsi və onların effektivliyinin artırılması üçün motivasiyaedici tədbirlərin görülməsi;
Müştərilərdən daxil olan müraciət, şikayət və problemlərni təhlil edəilməsi, onların operativ həlli üçün və xidmət keyfiyyətinin yüksəldilməsi üçün aidiyyəti şöbələrlə birgə işləməsi;
Onlayn satış və sifariş sistemlərindəki çətinlikləri təhlil edərək, onların təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi;
Sifarişlərin düzgün idarə olunması, logistika proseslərinin effektivliyinin artırılması üçün aidiyyəti şöbələrlə əməkdaşlığın edilməsi;
Geri qaytarılan məhsullar, xətalı satışlar və online mağaza qalığı problemləri ilə bağlı müvafiq həll yollarının müəyyənləşdirilməsi,nəzarətdə saxlanılması;
Rəhbərliyin göstəriş və tapşırıqlarının vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi.
Namizədə tələblər:
Ali təhsil (idarəetmə, biznes, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə)ı;
Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili üstünlükdür.;
Onlayn satış, pərakəndə satış və ya əməliyyatların idarə edilməsi sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
Strateji planlaşdırma, əməliyyatların idarə edilməsi və biznes proseslərinin optimallaşdırılması üzrə bilik və təcrübə;
Böyük komandaların idarə edilməsi, komandalar üzrə rəhbər heyətin işinə nəzarət,komandalar üzrə fəaliyyətin qiymətləndirilməsi bacarığı;
KPI-ların müəyyənləşdirilməsi, biznes göstəricilərinin təhlili və nəticəyönümlü qərarların qəbulu bacarığı;
Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları;
Microsoft Office proqramları üzrə yüksək səviyyədə biliklər, Power BI ilə işləmək bacarığı;
Müştəri təcrübəsi, satış effektivliyi, sifarişlərin idarə olunması və logistika prosesləri üzrə biliklər;
Yüksək liderlik, strateji düşünmə, ünsiyyət və komandalararası koordinasiya bacarıqları;
Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
