Vakansiya haqqında
İş yeri Göygöl şəhərindədir
Əmək funksiyası:
İstehsalın mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmərilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Məhsulların reseptura maya dəyərinin hesablanması və faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
Aylıq faktiki göstəricilərin (istehlak və itki) plan göstəriciləri ilə müqayisəsi;
Aylıq istehlak olunan məhsulların maya dəyərinin düzgün formalaşmasını təmin etmək və 1C fərqlərin nəzarəti;
İstehsalat işçilərinin əmək haqqının və kommunal xərclərin müəyyən edilməsi və sistemə daxil edilməsi;
Aylıq istehsal olunan məhsulların tam maya dəyərinin system üzərindən formalaşdırılmasına nəzarət;
Sistemdə istehsal sahələri tərəfindən yazılan əməliyyatları mütəmadi olaraq yoxlamaq və sənədləri təqdim etmək;
Gündəlik istehsalla bağlı maliyyə sualların cavablandırılması;
Mühasibat sənədlərinin olduğu kimi saxlanmasını təmin etmək, müəyyən edilmiş qaydada arxivə təhvil vermək;
Təchizat tərəfindən təmin olunan mal materialların, anbara təhvil verilməsi proseduruna nəzarət, 1C üzərindən dəyərlərin və sayların son sənədlərlə üzləşdirilməsi və fərqlərin aradan qaldırılması
Rəhbərliyin istehsal və mal material mühasibatlığı üzrə digər tapşırıqlarınıın yerinə yetirilməsi
Tələblər:
Ali təhsil (iqtisadi/maliyyə sahələrdə olması vacibdir);
İstehsalat üzrə mühasib kimi minimum 2 il təcrübə;
Azərbaycan dilini mükəmməl bilməli;
1C və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
Yerli və beynəlxalq maliyyə/mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
Nahar fasiləsi 13:00 – 14:00 (işçilər naharla təmin edilir)
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “İstehsal və material üzrə mühasib” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
