Vakansiya haqqında
İcrasına başlanılacaq yeni hündürmərtəbəli yaşayış binası layihəmiz üçün tikinti sahəsində keyfiyyət standartlarına müstəqil nəzarəti həyata keçirəcək, tikinti işlərinin texniki tələblərə və QA/QC (Keyfiyyətin təminatı və keyfiyyətə nəzarət) standartlarına uyğunluğunu təmin edəcək, müvafiq layihələrdə təcrübəli mühəndis axtarırıq.
Əsas Öhdəliklər:
Tikinti sahəsindəki işlərin keyfiyyətinə nəzarət (QC) fəaliyyətlərini idarə etmək;
Tikinti işlərinin təsdiq edilmiş mühəndislik çertyojlarına, spesifikasiyalara (texniki şərtlərə) və metodologiyalara uyğunluğu təmin etmək;
Texniki kənaşmaları və keyfiyyətlə bağlı riskləri müəyyən etmək;
Təftişlər (yoxlamalar) keçirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
Texniki rəylər və hesabat sənədləri hazırlamaq;
İcra olunan tikinti quraşdırma işlərinin yoxlanması və təhvil-təslim proseslərində iştirak etmək.
Tələblər:
Mühəndislik sahəsində ali təhsil (inşaat təhsili arzuolunandır);
Hündürmərtəbəli binaların tikintisi layihələrində iş təcrübəsi;
QA/QC prosedurları və tikinti standartları barədə biliklər;
Yaşayış və ya kommersiya obyektlərinin tikintisi layihələrində təcrübə
Sahədə tikintinin icrasına nəzarət etmək bacarığı
Güclü texniki düşüncə tərzi, detallara qarşı diqqətlilik və müstəqil işləmək bacarığı.
Rus və ingilis dili biliyi arzuolunandır, lakin mütləq deyil (üstünlükdür)
İş yeri: Bakı şəhəri, tikinti sahəsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
