Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Professional İT MMC

ML / LLM Engineer

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə haqqında ML / LLM Engineer olaraq siz iri miqyaslı AI layihələrimiz çərçivəsində çoxdilli AI köməkçilərinin, Text-to-SQL həllərinin və lokal open-weight dil modellərinin (LLM) adaptasiyası, tənzimləməsi, qiymətləndirilməsi və backend sistemlərə inteqrasiyasına rəhbərlik edəcəksiniz. Əsas İstiqamət: NLP, Text-to-SQL, lokal dil modelləri. Görəcəyiniz işlər Azərbaycan, rus, ingilis və türk dillərini (bütün dörd dili bilmək məcburi tələb deyil) dəstəkləyən çoxdilli AI köməkçinin hazırlanması. Natural Language → SQL istiqamətində həllərin hazırlanması. Verilənlər bazasının sxemi və biznes göstəricilərinin semantik təsvirlərinin modelə təqdim edilməsi. Training, evaluation və benchmark məlumat dəstlərinin hazırlanması. Open-weight dil modellərinin lokal mühitdə sınaqdan keçirilməsi. Modellərin dil, SQL düzgünlüyü, nəticənin doğruluğu, latency və GPU istifadəsi üzrə qiymətləndirilməsi. SFT, LoRA, QLoRA və digər adaptasiya üsullarının sınaqdan keçirilməsi. Structured output ilə iş. Modellərin backend API-lərlə inteqrasiyası. Model səhvlərinin və məhdudiyyətlərinin təhlili. Sizdən Gözləntilərimiz Güclü Python. NLP / LLM sistemləri ilə praktiki təcrübə. PyTorch, Transformers, PEFT və ya analoji texnologiyalar. Güclü SQL bilikləri. Domen məlumatları üzərində LLM qiymətləndirilməsi təcrübəsi. Prompt design, structured output və dialoq kontekstinin idarə olunmasını başa düşmək. GPU yaddaşı, context window və quantization məhdudiyyətlərini anlamaq. Təkrarlana bilən ML eksperimentləri qurmaq bacarığı. Əlavə üstünlüklər Text-to-SQL. Azərbaycan dili üzrə NLP. Multilingual evaluation. SQL AST parsing/validation. FastAPI. Təklif etdiyimiz Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları. Peşəkar inkişaf və təlimlər: Ölkənin ən iri və strateji AI/BI layihələrində çalışaraq bilik və bacarıqlarınızı artırmaq, beynəlxalq sertifikasiya proqramlarında iştirak imkanı. Karyera imkanları: Sürətlə böyüyən komandada liderlik və karyera yüksəlişi perspektivləri. Çevik iş rejimi: Rahat və balanslı iş mühiti üçün çevik iş saatları (Flexible working hours). Rahat iş mühiti: Müasir texnologiyalar və avadanlıqlarla təminat, peşəkar və dəstəkləyici komanda mühiti. Əgər bu vakansiya sizin marağınızdadırsa və təcrübəniz tələblərə uyğundursa, CV-nizi mövzu hissəsində vakansiyanın adını (ML / LLM Engineer) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.