Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Professional İT MMC

Senior / Lead Power BI Developer

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə haqqında Senior / Lead Power BI Developer olaraq siz iri miqyaslı BI layihələrimizdə enterprise səviyyəli Power BI həllərinin, dərin DAX hesablamalarının və kompleks analitik Data Model-lərin sıfırdan qurulması, optimallaşdırılması və biznes KPI-larına çevrilməsinə rəhbərlik edəcəksiniz. Görəcəyiniz işlər Enterprise səviyyəli Power BI həllərinin hazırlanması. Vahid hesabat modelinin və göstəricilər kataloqunun yaradılması. DAX measure-ların hazırlanması və sənədləşdirilməsi. Faktların, ölçülərin, təqvimlərin və əlaqələrin modelləşdirilməsi. Göstəricilərin PostgreSQL-də yoxlanılması. Row-Level Security-nin qurulması və test edilməsi. Məlumatların yenilənməsi və refresh problemlərinin araşdırılması. Power BI modellərinin, DAX hesablamalarının və vizuallaşdırmaların optimallaşdırılması. Biznes tələblərinin ölçülə bilən KPI və hesabatlara çevrilməsi. Hesabatların istifadəçi qəbuluna qədər çatdırılması. Sizdən Gözləntilərimiz Güclü Power BI təcrübəsi. DAX üzrə dərin biliklər. Power Query / M. Yaxşı SQL bilikləri. Dimensional modelling prinsiplərinin yaxşı başa düşülməsi. RLS və data refresh ilə iş təcrübəsi. Power BI ilə verilənlər bazası arasındakı göstərici fərqlərini araşdırmaq bacarığı. Biznes tələblərini dəqiq göstəricilər və qəbul meyarlarına çevirmək bacarığı. Böyük PostgreSQL → Power BI layihələri. Təklif etdiyimiz Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları. Peşəkar inkişaf və təlimlər: Ölkənin ən iri və strateji AI/BI layihələrində çalışaraq bilik və bacarıqlarınızı artırmaq, beynəlxalq sertifikasiya proqramlarında iştirak imkanı. Karyera imkanları: Sürətlə böyüyən komandada liderlik və karyera yüksəlişi perspektivləri. Çevik iş rejimi: Rahat və balanslı iş mühiti üçün çevik iş saatları (Flexible working hours). Rahat iş mühiti: Müasir texnologiyalar və avadanlıqlarla təminat, peşəkar və dəstəkləyici komanda mühiti. Əgər bu vakansiya sizin marağınızdadırsa və təcrübəniz tələblərə uyğundursa, CV-nizi mövzu hissəsində vakansiyanın adını (Senior / Lead Power BI Developer) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.