Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Handex

Kontent meneceri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İşəgötürən: Handex Təhsil Mərkəzi İş yeri: Bakı İş qrafiki: Tam iş günü Vəzifə öhdəlikləri Sosial media platformaları üçün kontent planının hazırlanması və icrasının təmin edilməsi; Sosial media hesabları üçün kreativ ideyaların və aktual kontent formatlarının hazırlanması; Foto və video materialların hazırlanması, çəkiliş prosesinin təşkili və həyata keçirilməsi; Təlimlər, tədbirlər və gündəlik iş prosesindən maraqlı anların çəkilərək sosial media üçün uyğun formata salınması; Qısa videoların (Reels və digər formatlar) hazırlanması, montajı və paylaşım üçün optimallaşdırılması; Mətn, vizual və video materialların vahid kommunikasiya üslubuna uyğun hazırlanması; Sosial media trendlərinin izlənilməsi və onların brendin fəaliyyətinə uyğun tətbiqi; Kontentin nəticələrinin izlənilməsi və auditoriyanın maraqlarına uyğun təkliflərin verilməsi. Namizədə tələblər Kontent menecmenti üzrə praktiki təcrübə; Kreativ düşüncə və vizual zövq; Foto və video çəkilişinin əsas prinsiplərini bilmək; Cupcut tətbiqində işləmək bacarığı; Premiere Pro bilmək üstünlükdür; Azərbaycan dilində düzgün və yaradıcı mətnlər hazırlamaq bacarığı; Operativlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı; Yeni trendləri izləmək, ideyaları praktik nəticəyə çevirmək həvəsi. Üstünlüklər Reels və digər qısa video formatlarının hazırlanması üzrə təcrübə; Təhsil, tədbir və ya korporativ mühitdə kontent hazırlamaq təcrübəsi; Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kontent meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.