Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Agrarco

Aqronom (Şimal regionu üzrə)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir İllik aqrotexniki planın icrasına nəzarət etmək; Budama işlərinin düzgün aparılmasına rəhbərlik etmək; Bağlarda mütəmadi olaraq monitorinq aparmaq (meyvələrin inkişafı,yetişmə vəziyyəti); Zərərvericilər və xəstəliklərlə bağlı mütəmadi monitorinq aparmaq və müvafiq mübarizə tədbirləri təklif etmək; Suvarma işlərinə nəzarət etmək və uyğunsuzluqlar barədə baş aqronom və sahə icraçısına məlumat vermək; Yeni salınmış bağlarda il ərzində bitkilərin inkişaf dinamikasının meyarlarını (boy artımı, gövdə yoğunlaşması və s.) izləmək və qeydiyyatını aparmaq; Dərmanların norma üzrə tətbiqinə nəzarət və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək; Məhsulun inkişaf mərhələlərini izləmək və məhsuldarlıq proqnozu hazırlamaq; Gündəlik, aylıq və mövsümi hesabatlar hazırlamaq; Sahə işçilərinin iş bölgüsünü aparmaq və yığım prosesinin düzgün təşkilinə rəhbərlik etmək; Bağın becərilməsi və işlərin ləngiməsi ilə bağlı bütün məsələləri izləmək (360 dərəcəli baxış) və Baş aqronoma məruzə etmək; Baş aqronomun verdiyi digər tapşırıqların icrası. Tələblər Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil; Aqronom vəzifəsində 2 il iş təcrübəsi; Quba və Xaçmaz rayonlarında daimi yaşayan namizədlərə üstünlük verilir; Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə biliklər; Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.