Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Universal McCann

Digital Media Manager

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Biz komanda yoldaşı axtarırıq! İş şəraiti İş qrafiki: Həftə içi 5 gün İş saatları: 10:00 – 19:00 İş rejimi: Ofisdaxili Öhdəliklər: Rəqəmsal media planlaşdırılması (Meta, TikTok, YouTube, Google ve diger kanallar üzrə), icrası və optimizasiyasına cavabdeh olmaq; Müştərilərlə birbaşa kommunikasiya qurmaq və onların rəqəmsal sorğularını idarə etmək; Rəqəmsal kampaniyaları hazırlamaq və effektiv şəkildə izlənilməsini təmin etmək; Kampaniyaların nəticələri ilə bağlı detallı hesabatlar hazırlamaq; Sahə üzrə ən son trendlər, reklam formatları və texnologiyalarla daim məlumatlı olmaq; Auditoriya analizi, bazar araşdırması, rəqiblərin fəaliyyətinin monitorinqinin aparılması; Komanda ilə əməkdaşlıq edərək yeni və innovativ inkişaf strategiyaları hazırlanmasında aktiv şəkildə iştirak etmək. Tələblər: Rəqəmsal media sahəsində 2+ il iş təcrübəsi; Reklam agentliyində iş təcrübəsi üstünlükdür; İngilis və Azərbaycan dillərini (yazılı və şifahi) yüksək səviyyədə bilmək. (Rus dili üstünlükdür); Meta, TikTok, Google platformalarından istifadə təcrübəsi. (SEO bilikləri üstünlükdür.) Biz təklif edirik: Tam ştatlı iş; Beşgünlük iş həftəsi; Peşəkar və dəstəkləyici iş mühiti; Karyera inkişafı və yüksəliş imkanları; Təlimlər, tədbirlər və komanda quruculuğu fəaliyyətləri ilə davamlı peşəkar inkişaf imkanları. Qeyd: Yalnız müvafiq rəqəmsal media idarəetmə təcrübəsinə malik namizədlər nəzərdən keçiriləcək. Maaş namizədin bilik və bacarıqlarına əsasən müsahibə mərhələsində müzakirə olunacaq. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Digital Media Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. Yuxarıda qeyd olunan tələblərə cavab verməyən müraciətlər nəzərdən keçirilməyəcək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.