Vakansiya haqqında
Dərman və kimyəvi məhsulların istehsalı ilə məşğul olan müəssisəmizə təcrübəli və nəticəyönümlü Satış Meneceri tələb olunur.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00 (Şənbə və Bazar – istirahət günü)
İş yeri / Ünvan: - Bakı şəhəri, Fatmayi qəsəbəsi
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı + Satışdan bonuslar (Müsahibə əsasında təyin olunur)
Vəzifə öhdəlikləri:
Müəssisənin istehsal etdiyi dərman vasitələrinin şirketlərə satışını təşkil etmək;
Potensial korporativ müştərilərin (şirkətlər, müəssisələr, şəbəkələr, xəstəxanalar, təmizlik şirkətləri, topdansatış obyektləri) axtarışı və yeni müştəri bazasının formalaşdırılması;
Müştərilərlə işgüzar görüşlərin, təqdimatların və danışıqların keçirilməsi;
Kommersiya təkliflərinin hazırlanması, müqavilələrin bağlanması və icrasına nəzarət olunması;
Müştəri tələbatlarının öyrənilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
Satış planının yerinə yetirilməsi və dövrü hesabatların rəhbərliyə təqdim edilməsi.
Namizədə verilən tələblər:
Təhsil: Ali təhsil (Kimya, Əczaçılıq, Biznesin idarə edilməsi, Marketing və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
Təcrübə: Satış sahəsində minimum 1–3 il iş təcrübəsi;
Müəssisələr, xəstəxanalar, təmizlik şirkətləri, topdansatış obyektləri və digər korporativ müştərilərlə işləmək bacarığı;
Ünsiyyət, danışıqlar aparmaq və təqdimat etmək bacarıqlarının yüksek səviyyədə olması;
Müştəri bazasını genişləndirmək və yeni əməkdaşlıqlar qurmaq qabiliyyəti;
MS Office proqramlarında (Excel, Word, Outlook və s.) sərbəst işləmək bacarığı;
Nəticəyönümlülük, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri və ya əlaqə nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Əlaqə nömrəsi: +994 (55) 222-97-18
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
