Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Triangle Logistics

Logistika üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri İxrac və idxal əməliyyatları üzrə CMR, Packing List və Invoice sənədlərinin yoxlanılması; Qısa idxal bəyannamələrinin hazırlanması və sistemə daxil edilməsi; Yük avtomobilləri gömrük ərazisinə daxil olduqda rəsmiləşdirmə prosesinin izlənilməsi; Gömrük rəsmiləşdirilməsinin vəziyyəti barədə müştərilərin məlumatlandırılması; Yüklərin təyinat bazalarına yönləndirilməsi və koordinasiyası; Sürücülər, gömrük nümayəndələri və müştərilərlə operativ əlaqənin təmin edilməsi. Namizədə tələblər Ali təhsil (logistika, nəqliyyat, beynəlxalq ticarət və ya əlaqəli sahələr üzrə üstünlükdür); Logistika və ya müvafiq sahədə ən azı 1 il iş təcrübəsi; CMR, Packing List və Invoice sənədləri ilə işləmək bacarığı; Gömrük prosedurları və qısa idxal bəyannamələri barədə məlumatlılıq; MS Office proqramlarından istifadə bacarığı; Ünsiyyət və koordinasiya bacarıqları; Diqqətli, məsuliyyətli və operativ olmaq. Təklif edirik 700–1000 AZN əməkhaqqı + (bonus); İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00 İş yeri: Bakı şəhəri Peşəkar inkişaf və beynəlxalq logistika sahəsində təcrübə qazanmaq imkanı. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.