Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Energazer

Beynəlxalq bazarların inkişafı üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş yeri: Bakı, Azərbaycan İş rejimi: Tam ştat / Ofisdə Sahə: Beynəlxalq biznesin inkişafı / Energetika Vəzifə haqqında Rumıniya və Ukrayna enerji bazarlarını araşdıran, potensial müştəri və tərəfdaşları müəyyən edən, yeni biznes imkanlarını kommersiya əlaqələrinə çevirən mütəxəssis axtarırıq. Vəzifə öhdəlikləri Rumıniya və Ukrayna enerji bazarları, rəqiblər və investisiya imkanlarının araşdırılması; Yeni korporativ müştəri, EPC tərəfdaşı və mühəndislik şirkətlərinin müəyyən edilməsi; Enerji effektivliyi, enerji auditi, bərpa olunan enerji və elektrik infrastrukturu layihələrinin izlənilməsi; Hər iki ölkədə tender, satınalma və donor maliyyəli layihələrin araşdırılması; E-mail, telefon, LinkedIn və onlayn görüşlərlə aktiv B2B əlaqələrin qurulması; Ukraynanın enerji infrastrukturunun bərpası üzrə imkanların araşdırılması; Market Research, Market Entry Strategy, təqdimat və kommersiya təkliflərinin hazırlanması; Həftəlik və aylıq BD hesabatları və CRM pipeline-ının aparılması. Əsas kvalifikasiya tələbləri Biznes, iqtisadiyyat, beynəlxalq münasibətlər, mühəndislik və ya uyğun sahədə ali təhsil; Business Development, Market Research və ya International Sales üzrə minimum 2 il təcrübə; İngilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət (mütləqdir); Müstəqil bazar araşdırması və aktiv B2B əlaqə yaratmaq bacarığı; Excel və PowerPoint-də yüksək səviyyəli analitik və təqdimat bacarıqları; Təhlükəsizlik və təşkilati şərtlər nəzərə alınmaqla xarici ezamiyyətlərə hazırlıq. Üstünlük veriləcək Rumın və/və ya Ukrayna dilləri; rus dili biliyi; Rumıniya və Ukrayna bazarlarında mövcud əlaqələr və təcrübə; Energetika, EBRD, EIB, Dünya Bankı, Aİ donor layihələri və beynəlxalq tenderlər üzrə təcrübə; LinkedIn Sales Navigator və CRM bacarıqları. Təklif edirik Beynəlxalq bazarların inkişafında birbaşa iştirak; Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus; Beynəlxalq tərəfdaşlarla iş və karyera inkişafı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusu: Business Development Specialist – Romania & Ukraine

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.