Vakansiya haqqında
İş yeri: Azərbaycan
İş rejimi: Tam ştat
Sahə: Enerji infrastrukturu / Elektrik ötürücü xətləri
Vəzifə haqqında
110 kV, 330 kV və 500 kV elektrik ötürücü xətlərinin tikintisi və layihələndirilməsi üzrə təcrübəyə malik, beynəlxalq layihə standartlarını bilən keyfiyyətə nəzarət mühəndisi axtarırıq.
Vəzifə öhdəlikləri
110 kV, 330 kV və 500 kV elektrik ötürücü xətlərinin tikinti-quraşdırma işlərinə keyfiyyət nəzarəti;
Layihə çertyojları, texniki spesifikasiyalar və beynəlxalq standartlara uyğunluğun yoxlanılması;
Dayaqlar, fundamentlər, keçiricilər, izolyatorlar və torpaqlama sistemlərinin inspeksiyası;
ITP, MIR, WIR, Method Statement və QA/QC sənədlərinin hazırlanması və izlənilməsi;
NCR hesabatlarının hazırlanması və düzəldici tədbirlərin yoxlanılması;
Podratçı işlərinin, sınaqların və təhvil sənədlərinin yoxlanılması;
Beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun texniki hesabatlılıq.
Əsas kvalifikasiya tələbləri
Elektrik mühəndisliyi, energetika və ya müvafiq sahə üzrə magistr dərəcəsi (mütləqdir);
110 kV, 330 kV və/və ya 500 kV ötürücü xətlərin layihələndirilməsi və tikintisində praktiki təcrübə (mütləqdir);
WB, ADB, EBRD, EIB və ya digər beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi layihələrdə təcrübə (mütləqdir);
Enerji ötürülməsi infrastrukturu üzrə minimum 5 il iş təcrübəsi;
ITP, QA/QC, IEC, IEEE, EN və texniki inspeksiya prosedurları üzrə biliklər;
İngilis dilində texniki sənədlərlə işləmək; MS Office və AutoCAD bacarığı.
Üstünlük veriləcək
FIDIC müqavilələri və ISO 9001 üzrə biliklər;
Beynəlxalq mühəndis nəzarəti komandalarında iş təcrübəsi.
Təklif edirik
İri enerji infrastrukturu layihəsində iştirak;
Təcrübəyə uyğun əməkhaqqı və peşəkar inkişaf imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusu: QC Electrical Engineer
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
