Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Energazer

Enerji effektivliyi və enerji auditləri üzrə Memar

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş yeri: Bakı, Azərbaycan İş rejimi: Tam ştat / Ofisdə Sahə: Enerji effektivliyi / Enerji auditi / Bina zərfi Vəzifə haqqında Binaların enerji auditlərində aktiv iştirak edəcək, obyektlərdə baxış və ölçmələr aparacaq, bina zərfinin istilik-texniki göstəricilərini təhlil edib texniki hesabatlar və təkliflər hazırlayacaq təcrübəli memar axtarırıq. Vəzifə öhdəlikləri Enerji auditlərində binaların memarlıq və bina zərfi (divar, dam, döşəmə, pəncərə və qapılar) üzrə texniki qiymətləndirilməsi; Obyektlərdə vizual baxış, ölçü götürmə və mövcud vəziyyətin foto və çertyojlarla sənədləşdirilməsi; Termal kamera ilə istilik körpülərinin, hava sızmalarının və izolyasiya çatışmazlıqlarının müəyyən edilməsi; Konstruksiyaların istilik ötürmə əmsallarının (U-dəyəri) və istilik itkilərinin hesablanması; Mövcud vəziyyət (as-built) çertyojlarının və enerji modeli üçün bina həndəsəsinin hazırlanması; İstilik izolyasiyası, fasad və pəncərə üzrə enerjiyə qənaət tədbirlərinin (ECM) hazırlanması və maya dəyərinin qiymətləndirilməsi; Enerji auditi hesabatlarının memarlıq hissəsinin hazırlanması; layihə komandası və müştərilərlə koordinasiya. Əsas kvalifikasiya tələbləri Memarlıq üzrə ali təhsil; Memarlıq və ya layihələndirmə sahəsində minimum 3 il peşəkar iş təcrübəsi (mütləqdir); AutoCAD və Revit və ya ArchiCAD proqramlarında sərbəst işləmək; Tikinti materiallarının istilik-texniki xüsusiyyətləri və izolyasiya həlləri üzrə biliklər; Tikinti normaları və qaydaları (AzDTN, SNiP) üzrə biliklər; texniki hesabat hazırlamaq bacarığı; MS Excel ilə işləmək; regionlara ezamiyyətə hazır olmaq. Üstünlük veriləcək Enerji auditi, enerji effektivliyi və ya yaşıl bina layihələrində təcrübə; DesignBuilder, EnergyPlus və ya digər enerji modelləşdirmə proqramları; termal kamera ilə iş təcrübəsi; LEED, BREEAM, EN ISO 6946, EN ISO 13790 üzrə biliklər; ingilis və rus dilləri. Təklif edirik Enerji auditi və enerji effektivliyi layihələrində iştirak; Təcrübəyə uyğun əməkhaqqı və inkişaf imkanları. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusu: Architect – Energy Efficiency & Energy Audit

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.