Vakansiya haqqında
Qobustan qəsəbəsində yerləşən fərdi villa üçün orada yaşayaraq evə, həyətə və bağ sahəsinə nəzarət edəcək, təmizlik və qulluq işlərini yerinə yetirəcək ər-arvad axtarılır.
İş öhdəlikləri:
Villanın daxili təmizliyini və səliqəsini qorumaq;
Həyətin, bağın və bütün ərazinin təmizliyinə nəzarət etmək;
Ağaclara, bitkilərə və yaşıllıq sahələrinə qulluq etmək;
Həyət-bacada ümumi təmizlik və səliqə-sahman işlərini görmək;
Evin və ərazinin gündəlik vəziyyətinə nəzarət etmək;
Zəruri məişət və təsərrüfat işlərini yerinə yetirmək;
Villanın və həyətin daim təmiz, səliqəli və baxımlı saxlanılmasını təmin etmək.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Qobustan qəsəbəsi
Əməkhaqqı: Aylıq 1000 AZN (ər-arvad üçün ümumi)
İşçilər villa ərazisində yaşayacaqlar;
Yaşayış yeri işəgötürən tərəfindən təmin olunur;
Qaz, su və elektrik enerjisi işəgötürən tərəfindən qarşılanır;
Aylıq əməkhaqqı ər-arvad üçün ümumilikdə 1000 AZN-dir;
Uzunmüddətli əməkdaşlıq nəzərdə tutulur.
Tələblər:
Təmizkar, məsuliyyətli və etibarlı olmaq;
Ev və həyət işlərini bacarmaq;
Bağ və həyətə qulluq etməyi bilmək;
Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
Villa ərazisində yaşayaraq işləməyə hazır olmaq.
Əlaqə nömrəsi: 051 882 54 99
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Vakansiya yalnız ər-arvad cütlükləri üçün nəzərdə tutulub.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
