Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Havalandırma, isitmə - soyutma , su kanalizasya və yanğın (Sulu söndürmə) sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
Bina və obyektlərdə havalandırma, isitmə - soyutma və yanğın (Sulu söndürmə) sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq;
Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq;
Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata geçirmek;
Sahə səfərlərinə getmək, BOQ və Qüsur aktı hazırlamaq,
Görülmüş işlər üzrə Forma 2 və son layihələrin hazırlamaq,
Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
Müxtəlif təyinatlı tikili və təmir işlərinin HVAC cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək;
Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək;
Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək;
Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi;
Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək;
Ümumi layihələrə aid sənədlərin ayıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s);
Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.
Rəhbərliyin HVAC sistemlərinin fəaliyyəti ilə bağlı verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
HVAC mühəndisi ixtisası üzrə ali təhsil; ( Kommunikasiya sistemləri mühəndisliyi, İstilik,
Ventilyasiya, Kondisionerləşdirmə və Santexnika)
MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
Sahə üzrə minimum 3-5 il təcrübə;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili yaxşı səviyyədə;
VRF (VRV), Çiller, Qazanxana və havalandırma və santexnika sistemləri üzrə biliklərin olması;
Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq;
Şərtlər:
Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K;
İş rejimi: 6 günlük iş həftəsi;
Korporatov nömrə;
Əmək haqqı: 2000 - 2300 AZN (namizədin bilik və bacarıqlarına əsasən dəyişir) ediləcək-yüksəkdir;
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “HVAC sistemləri üzrə mühəndis” qeyd edərək, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər;
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
