Vakansiya haqqında
Peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyin, normativ hüquqi aktların və daxili prosedurların tələblərinə riayət olunmasına nəzarət etmək;
İş qəzası, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər hazırlamaq və icrasını izləmək;
İşçilər üçün əməyin mühafizəsi, texniki təhlükəsizlik və ilkin təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq qeydiyyat sənədlərini aparmaq;
İş yerlində fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına və təhlükəsizlik tələblərinə əməl edilməsinə nəzarət etmək;
Müəssisənin struktur bölmələrində təhlükəsizlik vəziyyətinin monitorinqini aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər hazırlamaq;
Mülki müdafiə üzrə tədbirlərin, müvafiq planların və fövqəladə hallara hazırlıq tədbirlərinin hazırlanmasında və icrasında iştirak etmək;
Yanğın, qəza, təbii fəlakət və digər fövqəladə hallar zamanı davranış qaydaları üzrə maarifləndirmə və praktiki təlimlərin təşkilində iştirak etmək;
Təxliyə planlarının, xəbərdarlıq və operativ məlumatlandırma tədbirlərinin hazırlanmasına və aktuallığının qorunmasına dəstək göstərmək;
Fövqəladə hallar zamanı istifadə edilən mühafizə vasitələrinin, ilkin yardım ləvazimatlarının və digər müvafiq avadanlıqların vəziyyətinə nəzarətdə iştirak etmək;
Əməyin mühafizəsi və mülki müdafiə üzrə hesabatları, aktları, jurnalları və digər sənədləri hazırlamaq və müvafiq qaydada qeydiyyatını aparmaq;
Aidiyyəti dövlət qurumları və müəssisənin struktur bölmələri ilə müvafiq istiqamətlər üzrə koordinasiyanı təmin etmək.
Namizədə tələblər:
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, mülki müdafiə, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəs (dövlət müəssisələrində iş təcrübəsi üstünlükdür);
ISO 45001 Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi üzrə biliklər;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya mülki müdafiə üzrə əlavə təlim və sertifikatların olması üstünlükdür;
Azərbaycan Respublikasının əməyin mühafizəsi, əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və mülki müdafiə sahələrini tənzimləyən normativ hüquqi aktları barədə biliklər;
Peşə risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risklərin azaldılması tədbirlərinin hazırlanması üzrə biliklər;
Təhlükəsizlik təlimatlarının, müvafiq planların, aktların və hesabatların hazırlanması bacarığı;
Fövqəladə hallara hazırlıq, təxliyə tədbirləri və təhlükəsizlik təlimlərinin təşkili barədə biliklər;
MS Office proqramları, xüsusilə Word və Excel üzrə işləmək bacarığı;
Analitik düşünmə, məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı;
Komandada işləmək, ünsiyyət qurmaq və əməkdaşlarla effektiv koordinasiya aparmaq bacarığı.
İş rejimi:
5 günlük iş qrafiki
İş saatı 09:00-18:00-dək
Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
