Vakansiya haqqında
Red Team / Pentest / Offensive Security sahəsində praktiki təcrübəyə malik, öz bilik və təcrübəsini gələcəyin kibertəhlükəsizlik mütəxəssisləri ilə bölüşmək istəyən praktiki mütəxəssis axtarırıq.
Vacib - tədris rus dilində aparılacaq.
Namizəd rus dilində sərbəst danışmalı və texniki mövzuları tam şəkildə rus dilində tədris edə bilməlidir.
Namizədə tələblər:
Red Team, Pentest və ya Offensive Security sahəsində praktiki iş təcrübəsi
Müasir offensive security metodologiyaları, yanaşmaları və alətləri üzrə biliklər
Rus dilini sərbəst bilmək və texniki fənləri rus dilində peşəkar şəkildə tədris etmək bacarığı
Beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür
Tədris, mentorluq və ya tələbələrlə işləmə təcrübəsi arzuolunandır
Mürəkkəb texniki mövzuları sadə və anlaşılan şəkildə izah etmək bacarığı
Praktiki yanaşma və real case-lər üzərindən öyrətmək bacarığı
Məsuliyyətli, aktiv və biliklərini bölüşməyə həvəsli olmaq
Əməkdaşlıq şərtləri:
Həftədə 2 dəfə, saat 19:00–21:00
Bakı / hibrid format mümkündür
Tələbələrin səviyyəsi: Beginner → Junior
Tədris dili: rus dili
Əgər siz Red Team / Pentest / Offensive Security sahəsində fəaliyyət göstərən praktiki mütəxəssissinizsə, rus dilində sərbəst tədris edə bilirsinizsə və bilik və təcrübənizi gələcəyin kibertəhlükəsizlik mütəxəssislərinə ötürmək istəyirsinizsə — sizinlə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etməkdən məmnun olarıq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
