Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Təyin olunmuş mətbəx bölməsinə (isti mətbəx, soyuq mətbəx, qənnadı, sous bölməsi və s.) rəhbərlik etmək.
Menyu və resept standartlarına uyğun olaraq yüksək keyfiyyətli yeməklərin hazırlanmasını təmin etmək.
Yeməklərin hazırlanması prosesində dad, görünüş və təqdimat standartlarına nəzarət etmək.
Gündəlik hazırlıq işlərini (mise en place) planlaşdırmaq və həyata keçirmək.
Mətbəx işçiləri arasında iş bölgüsü aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək.
Xammalın düzgün saxlanmasına, istifadəsinə və itkilərin minimuma endirilməsinə nəzarət etmək.
Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına riayət etmək.
HACCP və otelin daxili qida təhlükəsizliyi prosedurlarına uyğun işləmək.
Məhsulların keyfiyyətini, temperatur rejimini və son istifadə tarixlərini yoxlamaq.
Sifarişlərin vaxtında və standartlara uyğun hazırlanmasını təmin etmək.
Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək.
İş yerinin təmizliyini və səliqəsini təmin etmək.
Baş Aşpazın (Executive Chef / Sous Chef) göstərişlərini yerinə yetirmək.
Yeni əməkdaşların iş prosesinə uyğunlaşmasına kömək etmək və təlimlərdə iştirak etmək.
Qonaq məmnuniyyətini artırmaq üçün otelin xidmət standartlarına uyğun fəaliyyət göstərmək.
Gündəlik inventar, məhsul ehtiyacı və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək.
Tələblər
Otel və ya restoran mətbəxində Chef de Partie təcrübəsi.
Peşəkar mətbəx texnikaları və qida hazırlanması üzrə biliklər.
Komanda ilə işləmək bacarığı.
Vaxtın düzgün idarə edilməsi və stress altında işləmə qabiliyyəti.
Gigiyena və qida təhlükəsizliyi standartları haqqında bilik.
Yaradıcı yanaşma və detallara diqqət.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
