Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Wellmechs

Topoqraf (MEP işləri üzrə)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vellmechs MMC şirkəti inşaat sektorunda binalarda İsitmə, Soyutma, Havalandırma (HVAC), Zəif Axın (ELV), Elektrik Güc sistemləri, Yanğınla mübarizə sistemlərinin layihələndirilməsi, quraşdırılması və servisi işlərini həyata keçirməkdədir. Vəzifə öhdəlikləri: MEP (mexaniki, elektrik və santexnika) işləri üzrə topoqrafik ölçmələrin aparılması; Layihə çertyojlarına əsasən ölçmə və nişanlama işlərinin yerinə yetirilməsi; Avadanlıq və kommunikasiya xətlərinin layihəyə uyğun yerləşdirilməsinə nəzarət; Ölçmə nəticələrinin yoxlanılması və müvafiq hesabatların hazırlanması; Tikinti işlərinin layihə və texniki tələblərə uyğunluğunun təmin edilməsində iştirak. ​​​​​​Tələblər: Müvafiq sahə üzrə iş təcrübəsi; Topoqrafik ölçmə cihazları ilə işləmək bacarığı; MEP layihələrini və texniki çertyojları oxumaq bacarığı; Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı. İş şəraiti: Əməkhaqqı: 1400–2000 AZN (təcrübə və biliklərə əsasən); Əgər tələblərə cavab verirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində “Topoqraf” qeyd etməyiniz xahiş olunur

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.