Vakansiya haqqında
Ünvan: Holcim Azərbaycan Zavodu
İş vaxtı: Tam
Sənaye: Sement İstehsalı
Vəzifə haqqında
Əhəngdaşı karxanasının gündəlik əməliyyatlarının idarə edilməsi və nəzarətini həyata keçirən Karxana Əməliyyatları üzrə Mühəndis axtarılır. Bu vəzifə zavodun istehsalını dəstəkləmək üçün tələb olunan material keyfiyyəti və həcmlərini davamlı olaraq təmin edərək təhlükəsiz, səmərəli və dayanıqlı istehsal praktikalarının təmin edilməsinə cavabdehlik daşıyır.
Əsas Vəzifə Öhdəlikləri
Resursların səmərəli çıxarılmasını optimallaşdırmaq və karxananın ömrünü uzatmaq üçün mədən strategiyalarını hazırlayır və tətbiq edir
Yamacın sabitliyini, əməliyyat səmərəliliyini və təhlükəsizlik standartlarına uyğunluğu təmin etmək məqsədilə mədən pilləsi geometriyasını layihələndirir və ona nəzarət edir
İstehsalın geoloji ehtiyatlara və zavod ehtiyaclarına uyğunluğunu təmin etmək üçün blok modellərini idarə edir və təhlil edir
Materialların texniki tələblərə uyğunluğunu təmin etmək məqsədilə nümunə götürmə və keyfiyyətə nəzarət proseslərini aparır və onlara nəzarət edir
Təhlükəsizlik, dəqiqlik və xərclərin səmərəliliyini təmin edərək partlayış əməliyyatlarını planlaşdırır və icrasına nəzarət edir
QSO Expert, AutoCAD, Surpac və ya bənzəri kimi karxana mühəndisliyi və layihələndirmə proqramlarından istifadə etməklə 3D modelləri, texniki çertyojları və əməliyyat planlarını hazırlayır
Topoqrafik çəkilişlərin aparılmasına nəzarət edir, dəqiq xəritələrin saxlanılması və karxana qeydlərinin yenilənməsini təmin edir
Düzgün material keyfiyyəti və həcmlərinin təmin edilməsi məqsədilə emal zavodu komandaları ilə sıx əməkdaşlıq edir
Hər zaman əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə tələblərə daim riayət olunmasını təmin edir
Karxana heyətini əməliyyat üzrə qabaqcıl təcrübələrə dair təlimləndirir və yönləndirir
Tələblər və Bacarıqlar
Təhsil: Mədən mühəndisliyi, Geologiya, İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi
İş təcrübəsi: Karxana əməliyyatları və ya açıq mədən sahəsində minimum 5–7 il təcrübə, onlardan ən azı 3 ili mühəndis və ya rəhbər vəzifəsində olmaqla
Texniki biliklər:
Mədən pilləsi (bench) layihələndirməsi və partlatma texnologiyaları
Karxana planlaşdırılması və resursların idarə edilməsi
Blok modellərinin oxunması və geoloji təhlil
Sement, aqreqat və ya tikinti sənayesində material keyfiyyətinin idarə olunması
Proqram təminatı bilikləri:
QSO Expert və ya bənzər karxana əməliyyatları proqramları
AutoCAD, Surpac və ya digər 3D modelləşdirmə və layihələndirmə alətləri
GIS/Topoqrafik ölçmə proqramları
Digər bacarıqlar:
Güclü analitik və qərarvermə bacarıqları
İngilis dili biliyi
Texniki çertyojları və karxana xəritələrini oxuma və təhlil etmə qabiliyyəti
Effektiv liderlik və ünsiyyət bacarıqları
Üstünlük Verilən Xüsusiyyətlər
Karxana mühəndisliyi layihələndirməsi və geoloji xəritələşdirmə sahəsində təcrübə
Mədən əməliyyatlarında ətraf mühitin mühafizəsi və dayanıqlılıq prinsipləri üzrə biliklər
İstehsal hədəflərinə çatmaq üçün karxana əməliyyatlarını emal zavodları ilə əlaqələndirmə üzrə təcrübə
Maraqlanan namizədlər CV –lərini, mövzu hissəsində mütləq Karxana Əməliyyatları üzrə Mühəndis yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
