Vakansiya haqqında
Bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi olan “AZZA” QSC şirkəti "Keyfiyyətə nəzarət üzrə mütəxəssis" vakansiyasını elan edir
Tələblər:
Qida mühəndisliyi üzrə ali təhsilli
Bu sahədə minimum 3 il iş təcrübəsi
İşinə məsuliyyətli və diqqətli yanaşma
Vəzifə öhtəlikləri:
İstehsal prosesinin müxtəlif mərhələlərində məhsulun keyfiyyətinə nəzarət etmək.
Hazır məhsulların müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğunluğunu yoxlamaq və uyğunsuzluq barədə məlumat vermək.
İstehsal olunan məhsulların keyfiyyətinin və təhlükəsizliyinin müəssisədə müəyyən edilmiş tələblərə, texniki şərtlərə və müvafiq normativ sənədlərə uyğunluğuna nəzarət etmək.
Gündəlik və dövri keyfiyyət hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
Şirkət təklif edir:
Rəsmi qeydiyyat
Nahar yeməyi
Namizələrdən mövzu yerində "Keyfiyyətə nəzarət üzrə mütəxəssis" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
