Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Bridge Group of Companies

1C Operator

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş şəraiti İşə götürən: Bridge Group of Companies MMC Ünvan: Baş ofis, Bridge Plaza, Bakı İş saatları: 09:00 – 18:00 İş qrafiki: 5/2 Əsas tələblər: Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə); 1C:Enterprise (8.3 versiyası) proqramı ilə minimum 1 il iş təcrübəsi; MS Office-də işləmə bacarığı; Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər; Məsuliyyətli, diqqətli və dəqiq işləmək bacarığı. Vəzifə öhdəliyi: Gündəlik alış-satış və anbar əməliyyatlarının 1C sistemində işlənməsi; Anbar qalığının yoxlanılması və nəzarətdə saxlanılması; Bütün bank əməliyyatlarının və əmək haqqı hesablamalarının 1C sistemində işlənməsi; Mühasibat, təchizat və satış komandası ilə koordinasiyalı işləmək; Debitor və kreditorlarla bağlı hesabatların hazırlanması, üzləşmələrin aparılması və rəhbərliyə təqdim edilməsi; Tələblərə cavab verən bütün namizədlərdən müraciət formalarını/CV-lərini email-in mövzu hissəsində “1C operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.