Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Supertoys

Onlayn satış təmsilçisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Müştərilərdən daxil olan zənglərin, WhatsApp, sosial media və digər onlayn kanallar üzərindən müraciətlərin operativ cavablandırılması; Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, stok və çatdırılma şərtləri haqqında düzgün məlumatların təqdim edilməsi; Onlayn sifarişlərin qəbulu, sistemə daxil edilməsi və sifariş prosesinin sonadək izlənilməsi; Müştəri ehtiyaclarını müəyyən edərək uyğun məhsulların təklif edilməsi və əlavə satış imkanlarının yaradılması; Zənglərin və müraciətlərin CRM sistemində qeydiyyatının aparılması; Müştəri şikayət və təkliflərinin qəbul edilməsi, həlli üçün aidiyyəti şöbələrə yönləndirilməsi; Satış sonrası müştəri əlaqələrinin idarə edilməsi; Günlük satış və müraciət hesabatlarının hazırlanması; Tələblər: Yaş: 22-40 Müştəri xidməti və ya satış sahəsində təcrübə; Telefon və yazılı ünsiyyət bacarığı; Azərbaycan dilində səlis danışıq (rus dili arzuolunandır); Kompüter ilə işləmə bacarığı; Sürətli qərarvermə və problem həll etmə bacarığı; Satış yönümlü və nəticə fokuslu yanaşma. Üstünlüklər: E-commerce və onlayn satış təcrübəsi; WhatsApp Business, sosial media mesajlaşma platformaları ilə işləmə bacarığı; CRM təcrübəsi Pərakəndə satış təcrübəsi. Təklif edilən şərtlər: İş qrafiki: Tam iş günü 6 günlük iş rejimi Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat Karyerada yüksəlmək imkanı Əmək haqqı: 500 AZN+satış bonusu (Bonuslar yüksəkdir) Mövzu hissəsində “Onlayn satış təmsilçisi” qeyd edərək şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Əlaqə: 055 214 22 63

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.