Vakansiya haqqında
Vəzifə haqqında:
"Honours Academy" təmizlik işləri üçün məsuliyyətli və səliqəli xadimə axtarır. İş ofisin, sinif otaqlarının, dəhlizlərin, pilləkənlərin və tualetlərin təmiz saxlanılmasından ibarətdir.
Görüləcək işlər:
Ofisi, sinif otaqlarını, dəhlizləri və pilləkənləri təmizləmək;
Döşəmələri, pəncərələri və mebelləri silmək;
Tualetləri təmizləmək və dezinfeksiya etmək;
Gün ərzində otaqları yoxlamaq, lazım olanda yenidən təmizləmək;
Yuyucu vasitələr qurtarmaq üzrə olanda rəhbərliyə xəbər vermək.
Tələblər:
Təmizlik işində təcrübə üstünlükdür (vacib deyil);
Gün boyu dinamik, hərəkətli işləyə bilmək;
Səliqəli, təmizkar və məsuliyyətli olmaq;
Tapşırıqları vaxtında yerinə yetirmək;
Yuyucu vasitələrdən düzgün istifadə etməyi bilmək;
İş yerinə yaxın yaşayanlara üstünlük veriləcək.
Biz nə təklif edirik:
Sabit iş və səliqəli iş mühiti;
Bir gün iş, bir gün istirahət;
Bütün təmizlik vasitələri və ləvazimatlar akademiya tərəfindən verilir;
Yaxşı işə görə əlavə bonus sistemi.
İş qrafiki:
İş günləri: bir gündən bir
İş saatları: 07:30 – 20:00
Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 35
Özünüz haqqında məlumatları və ya CV-nizi +994 50 228 23 72 nömrəsinə WhatsApp üzərindən göndərə bilərsiniz. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
