Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Intermak Group

Ehtiyyat hissələri və Servis üzrə Təchizat mütəxəssisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş şəraiti Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti2360 İş rejimi: 6 günlük İş saatları: Həftə içi : 09:30-17:30 6-cı gün: 10:00-16:00 Nahar şirkət tərəfindən təmin olunur. Vəzifə öhdəlikləri Servis şöbəsindən daxil olan ehtiyat hissələri, material və digər texniki məhsullar üzrə tələblərin qəbul edilməsi və təchizat prosesinin təşkili; Tələb olunan ehtiyat hissələrinin kod, model, marka və texniki göstəricilər əsasında düzgün müəyyən edilməsi; Ehtiyat hissələrinin uyğunluğunun kataloq və texniki məlumatlar əsasında yoxlanılması; Yerli və xarici bazarda tələb olunan ehtiyat hissələri və servis materiallarının araşdırılması; Mövcud və alternativ təchizatçıların müəyyən edilməsi, onlardan qiymət təkliflərinin alınması; Təchizatçılardan daxil olan təkliflərin qiymət, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə müqayisə edilməsi; Optimal təchizatçının seçilməsi və sifarişlərin formalaşdırılması; Təchizatçılarla qiymət və digər kommersiya şərtləri üzrə danışıqların aparılması; Verilmiş sifarişlərin hazırlanma və çatdırılma prosesinin izlənilməsi, gecikmələrin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi; Servisin fəaliyyətinin fasiləsiz davam etməsi üçün zəruri ehtiyat hissələrinin vaxtında təmin olunması; Alınmış ehtiyat hissələrinin sifarişə, məhsul koduna və texniki tələblərə uyğunluğunun yoxlanılması; Ehtiyat hissələrinin mədaxil, məxaric, sifariş və digər müvafiq əməliyyatlarının Mikro ERP proqramında düzgün qeydiyyatının aparılması; Ehtiyat hissələrinin kodları, qiymətləri, təchizatçı məlumatları və digər məlumat bazalarının mütəmadi yenilənməsi; Təchizatla bağlı hesab-faktura, qaimə, sifariş forması və digər sənədlərin hazırlanması və aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi; Servis, anbar və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək və ehtiyat hissələri üzrə yaranan problemlərin operativ həllində iştirak etmək. Namizədə tələblər Bəy namizəd; (yaş arlığı-25-45yaş) Təchizat, satınalma, ehtiyat hissələri və ya servis sahəsində minimum 1 il iş təcrübəsi; Ehtiyat hissələri və texniki məhsullar haqqında anlayış; Ehtiyat hissələrini kod, model və kataloq üzrə araşdırmaq bacarığı; Mikro ERP proqramında işləmək bacarığı; MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər; Qiymət araşdırması və müqayisəli təhlil aparmaq bacarığı; Təchizatçılarla iş və danışıqlar aparmaq bacarığı; Rus və ya ingilis dili biliyi üstünlükdür; Analitik düşünmə, dəqiqlik və problem həll etmə bacarığı; Məsuliyyətli, operativ və komandada işləməyə uyğun olmaq. Maaş: 800-1000 Azn Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.