Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

TAİS İKF

Sistem İnzibatçısı (System Administrator)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

“TAİS İKF” MMC Komandamıza təcrübəli “Sistem İnzibatçısı (System Administrator)” axtarırıq Vəzifə öhdəlikləri: Windows Server və Linux serverlərinin quraşdırılması, konfiqurasiyası və administrasiyası Active Directory, DNS, DHCP, Group Policy, RDS, DFS və fayl serverlərinin idarə edilməsi Virtualizasiya mühitinin, virtual maşınların və məlumat saxlama sistemlərinin administrasiyası LAN, VLAN, Routing, Switching, VPN, Firewall və şəbəkə avadanlıqlarının idarə edilməsi Backup sistemlərinin monitorinqi, ehtiyat nüsxələmə və məlumatların bərpası əməliyyatlarının icrası Server, şəbəkə və endpoint təhlükəsizlik tədbirlərinin texniki tətbiqi IP PBX/VoIP telefoniya sistemlərinin administrasiyası, daxili nömrələrin, SIP bağlantılarının və zəng marşrutlarının konfiqurasiyası CCTV, IP kameralar, NVR və videoarxiv sistemlərinin konfiqurasiyası, administrasiyası və texniki dəstəklənməsi Serverlərin, şəbəkə xidmətlərinin və virtualizasiya resurslarının monitorinqi və optimallaşdırılması İstifadəçi hesablarının, təhlükəsizlik qruplarının və giriş hüquqlarının idarə olunması Kritik texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması IT Support tərəfindən eskalasiya edilmiş mürəkkəb texniki problemlərin həlli İT layihələrinin hazırlanmasında, yeni sistemlərin quraşdırılması, inteqrasiyası, sınağı və tətbiqində texniki iştirak Skriptlər, avtomatlaşdırma və DevOps alətlərindən istifadə etməklə texniki proseslərin optimallaşdırılması İT infrastrukturuna dair texniki sənədləşdirmənin aparılması və aktuallığının təmin olunması Namizədə tələblər: İnformasiya texnologiyaları və ya müvafiq texniki sahədə təhsil Sistem inzibatçılığı üzrə minimum 3 il praktiki iş təcrübəsi Windows Server 2019/2022/2025 üzrə praktiki administrasiya bacarıqları Active Directory, DNS, DHCP, GPO, NTFS, DFS və RDS üzrə biliklər Linux (Ubuntu/Debian) sistemlərinin administrasiyası üzrə biliklər Virtualizasiya texnologiyaları (Proxmox VE, VMware və ya Hyper-V) üzrə praktiki təcrübə TCP/IP, VLAN, Routing, Switching, VPN, Firewall və şəbəkə təhlükəsizliyi üzrə praktiki biliklər Backup, Disaster Recovery, RAID və məlumat saxlama sistemləri üzrə biliklər IP PBX, SIP, VoIP, SIP Trunk və IP telefonların konfiqurasiyası üzrə praktiki bacarıqlar CCTV, IP kamera, NVR, PoE, ONVIF və videoarxiv sistemləri üzrə praktiki bacarıqlar Süni intellekt alətləri ilə peşəkar səviyyədə işləmək, texniki diaqnostika, skript hazırlanması və İT proseslərinin avtomatlaşdırılmasında tətbiq etmək bacarığı Docker, Git, Linux və Bash/PowerShell skriptləri üzrə bilik və bacarıqlar Server avadanlıqları, RAID və aparat səviyyəsində texniki nasazlıqların diaqnostikası üzrə biliklər İT sənədləşməsi, şəbəkə və server konfiqurasiyalarının, prosedurların və dəyişikliklərin sənədləşdirilməsi bacarığı Texniki problemləri müstəqil təhlil etmək və həll etmək bacarığı Dil bilikləri: Azərbaycan dili: Yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət Rus dili: Texniki ünsiyyət bacarığı arzuolunandır İngilis dili: Texniki sənədləri oxuyub anlamaq bacarığı Üstünlük veriləcək: Virtual mühitlər üzrə praktiki təcrübə Ubiquiti UniFi, Cisco və Huawei şəbəkə avadanlıqlarının administrasiyası üzrə təcrübə Fortinet FortiGate Firewall, NAT, IPsec/SSL VPN və təhlükəsizlik siyasətlərinin konfiqurasiyası üzrə təcrübə HPE ProLiant və Dell PowerEdge serverləri, RAID, iLO/iDRAC üzrə praktiki biliklər Kaspersky Security Center sistemlərinin administrasiyası üzrə təcrübə Grandstream, 3CX və Yealink IP telefoniya sistemləri üzrə təcrübə Dahua və Hikvision CCTV, NVR və mərkəzləşdirilmiş videomüşahidə həlləri üzrə təcrübə DevOps: CI/CD, Docker Compose və sistem konfiqurasiyalarının avtomatlaşdırılması üzrə təcrübə Microsoft SQL Server infrastrukturu, DFS və RDS üzrə əlavə təcrübə Microsoft, Linux, şəbəkə və informasiya təhlükəsizliyi üzrə sertifikatlar Çoxfiliallı korporativ İT infrastrukturu ilə iş təcrübəsi İş şəraiti: İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür) İş saatı: 09:00 – 17:00 Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir Ünvan: Bakı şəhəri, Nərimanov rayonu Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sistem İnzibatçısı (System Administrator)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.