Vakansiya haqqında
Şirkətimizin İT strategiyasına rəhbərlik edəcək, texnoloji infrastrukturun dayanıqlığını və rəqəmsal transformasiyanı təmin edəcək İT Departament müdiri axtarırıq.
Əsas vəzifələr:
Şirkətin İT strategiyasını hazırlamaq, biznes strategiyasına uyğunlaşdırmaq və icrasını təmin etmək;
Şirkətin İT infrastrukturunun, ERP, POS, ITSM və BPM sistemlərinin fasiləsiz və effektiv fəaliyyətini təmin etmək;
Filial şəbəkəsinin İT əməliyyatlarını idarə etmək, sistemlərin dayanıqlığını və əlçatanlığını təmin etmək;
İT infrastrukturunun (LAN/WAN, SD-WAN, VPN, Wi-Fi), serverlərin, virtualizasiya mühitlərinin və data mərkəzlərinin idarə edilməsinə nəzarət etmək;
Bulud və hibrid infrastruktur həllərinin tətbiqini, inkişafını və optimallaşdırılmasını təmin etmək;
İT sistemlərinin, verilənlər bazalarının və korporativ tətbiqlərin təhlükəsizliyini, performansını və davamlılığını təmin etmək;
Kibertəhlükəsizlik strategiyasını formalaşdırmaq, informasiya təhlükəsizliyi risklərini qiymətləndirmək və müvafiq qorunma tədbirlərinin həyata keçirilməsini təmin etmək;
ISO 27001 standartı, İT audit və informasiya təhlükəsizliyi tələblərinə uyğunluğu təmin etmək;
Ehtiyat nüsxələmə, fəlakət bərpası (Disaster Recovery) və biznesin fasiləsizliyi (BCP/DRP) planlarını hazırlamaq və icrasına nəzarət etmək;
İT xidmətlərinin keyfiyyətini yüksəltmək, xidmət səviyyəsi göstəricilərini (SLA) müəyyənləşdirmək və monitorinqini aparmaq;
İT layihələrini planlaşdırmaq, idarə etmək və onların vaxtında, müəyyən edilmiş büdcə çərçivəsində tamamlanmasını təmin etmək;
Rəqəmsal transformasiya, avtomatlaşdırma, süni intellekt və data analitikası həllərinin tətbiqi imkanlarını qiymətləndirmək və müvafiq layihələri həyata keçirmək;
İT büdcəsini hazırlamaq, xərcləri optimallaşdırmaq və texnoloji investisiyaların effektivliyini qiymətləndirmək;
İT sistemləri və xidmətləri üzrə təchizatçıların fəaliyyətini idarə etmək, müqavilələrin icrasına və xidmət keyfiyyətinə nəzarət etmək;
İT komandasının fəaliyyətini təşkil etmək, əməkdaşların peşəkar inkişafını və fəaliyyət göstəricilərinin qiymətləndirilməsini təmin etmək;
Biznes bölmələrinin texnoloji ehtiyaclarını müəyyənləşdirmək, uyğun İT həllərini təklif etmək və tətbiqini koordinasiya etmək;
Namizədə dair tələblər:
İT, mühəndislik, iqtisadiyyat və ya biznes idarəetməsi üzrə ali təhsilə malik olmaq;
Pərakəndə satış, FMCG və ya distribusiya sahəsində minimum 7 il, o cümlədən ən azı 3 il rəhbər vəzifədə iş təcrübəsinə malik olmaq;
40-dan çox əməkdaşdan ibarət komandaların və geniş filial şəbəkəsinin İT fəaliyyətinin idarə edilməsi təcrübəsinə malik olmaq;
ERP, POS, ITSM və BPM sistemləri və metodologiyaları üzrə dərin biliklərə malik olmaq;
Şəbəkə infrastrukturu (LAN/WAN, SD-WAN, VPN, Wi-Fi), serverlər, virtualizasiya və data mərkəzlərinin idarə edilməsi üzrə biliklərə malik olmaq;
Bulud və hibrid infrastruktur həlləri (Azure, AWS və ya lokal provayderlər) üzrə biliklərə malik olmaq;
MS SQL, Oracle və PostgreSQL verilənlər bazalarının idarə edilməsi prinsiplərini bilmək;
Kibertəhlükəsizlik, ISO 27001, İT audit və informasiya təhlükəsizliyi tələbləri üzrə biliklərə malik olmaq;
Ehtiyat nüsxələmə, fəlakət bərpası (Disaster Recovery) və biznesin fasiləsizliyinin təmin edilməsi (BCP/DRP) üzrə biliklərə malik olmaq;
PMP, Agile və ITIL kimi layihə idarəetməsi metodologiyalarını bilmək;
Strateji düşünmə və analitik təhlil bacarıqlarına malik olmaq;
Üstünlük hesab olunur:
Rəqəmsal transformasiya, süni intellekt və data analitikası layihələrində uğurlu təcrübə;
Beynəlxalq pərakəndə satış təcrübələri və bazar standartları ilə tanışlıq;
PMP, ITIL, CCNA/CCNP, Azure/AWS, CISSP və ya ISO 27001 üzrə müvafiq sertifikatların olması.
Biz nə təklif edirik?
Rəqabətli əməkhaqqı;
Nahar təminatı;
Könüllü tibbi sığorta;
Korporativ mobil nömrə;
Müasir texnologiyalar və real layihələr üzərində işləmək imkanı.
CV-nizi "İT Departament Müdiri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
