Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Yeni brendlərin yaradılması (brendinq) və ya mövcud brendlərin yenidən markalaşması (rebrendinq) proseslərində aktiv iştirak etmək;
Neyminq, marka dilini (ton of voice) və əsas mesajlarının formalaşdırılmasını təmin etmək;
360 dərəcəli bütün kommunikasiya kanallarında kommunikasiyanın aparılmasında kreativ həllər irəli sürmək;
Televiziya reklam çarxları, radio spot ssenariləri, çap materialları, bilbordlar və SMS mətnləri daxil olmaqla effektiv mətnlər hazırlamaq;
Güclü və cəlbedici reklam sloqanları, yaradıcı konsept və storitellinqlər yazmaq;
Yazılı məzmunun hüquqi, etik, qrammatik və orfoqrafik standartlara tam uyğunluğunu yoxlama və redaktə etmək;
Kopirayter komandası, eləcə də digər məzmun mütəxəssislərinə dəstək olmaq, tapşırıqları bölüşdürmək və işin keyfiyyətinə nəzarəti təmin etmək;
Departament arasındakı digər əməkdaşlarla sıx əməkdaşlıq etmək;
Dizayn, SMM komandalarına, influenser və reklam agentliklərinə düzgün briflər ötürmək;
Təyin olunmuş tarixlərdə (deadline) tapşırıqları düzgün təhvil vermək.
Vəzifə tələbləri
Kopiraytinq sahəsində minimum 3-4 il təcrübə;
Reklam agentliyi təcrübəsi mütləqdir;
Müxtəlif auditoriyalara uyğun üslubda yazmaq bacarığı;
Qrammatik biliklər;
Kreativlik, analitik düşüncə, diqqətcil olmaq;
Operativ və düzgün qərar vermə;
Vaxtın və tapşırıqların effektiv idarə edilməsi bacarığı
Dil biliyi:
Azərbaycan - Mükəmməl
İngilis - Yüksək
Rus - Orta
Baku Electronics-də sizi nələr gözləyir?
Özəl tibbi sığorta təminatı
Yığım həyat sığortası proqramına qoşulma imkanı
Push30 platformasında korporativ güzəştlər
Əməkdaşlara xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş şəbəkəsinin eksklüziv təklifləri
Peşəkar təlimlər, daxili vakansiyalar vasitəsilə karyera yüksəlişi imkanları
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Baku Electronics Baş ofisi (Binəqədi r-nu, Əcəmi Naxçıvani küç. 3066)
İş qrafiki: 5 günlük / Tam iş günü (09:00 – 18:00)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
