Vakansiya haqqında
Şirkətimiz tikinti layihələri üzrə fəaliyyət göstərmək üçün təcrübəli və məsuliyyətli SƏTƏM üzrə mütəxəssis axtarır.
Əsas vəzifə və öhdəliklər
Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək;
Tikinti meydançasında mövcud riskləri müəyyən etmək, qiymətləndirmək və qabaqlayıcı tədbirlər görmək;
İşçilərin təhlükəsizlik qaydalarına əməl etməsinə və fərdi mühafizə vasitələrindən düzgün istifadə etməsinə nəzarət etmək;
İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin və dövri təlimatlandırmalar keçirmək;
Təhlükəli işlərin təhlükəsiz şəkildə həyata keçirilməsinə nəzarət etmək;
Bədbəxt hadisələri, insidentləri və təhlükəli halları araşdırmaq, müvafiq tədbirlər görmək;
SƏTƏM üzrə sənədləşmə, yoxlama və hesabatları hazırlamaq;
Tikinti sahəsində aşkar edilmiş təhlükəsizlik pozuntularının aradan qaldırılmasını təmin etmək.
Namizədə tələblər
SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
Tikinti layihələrində iş təcrübəsinin olması mütləqdir;
SƏTƏM sahəsi üzrə tələb olunan müvafiq sertifikatların olması;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və risklərin qiymətləndirilməsi üzrə biliklər;
SƏTƏM sənədlərinin hazırlanması və aparılması bacarığı;
Məsuliyyətli, diqqətli və operativ qərarvermə bacarığı;
Rus dili biliyi üstünlükdür.
İş şəraiti
İş yeri: Gənclik, Bakı
Əmək haqqı: Müsahibə əsasında
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Əlaqə +994 51 277 23 50
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
