Vakansiya haqqında
Vesta Consulting MMC Biznesin inkişafı üzrə mütəxəssis vakansiyasını elan edir.
Sizə məlumat vermək istərdik ki, Vesta Consulting komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Namizədə dair tələblər:
Biznesin inkişafı, satış, korporativ müştərilərlə iş və ya biznes tərəfdaşlıqları sahəsində müvafiq iş təcrübəsi
Biznes prosesləri, satış prinsipləri və bazar dinamikası haqqında anlayış
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
Analitik düşünmə, strateji yanaşma və biznes imkanlarını qiymətləndirmək qabiliyyəti
Müştəriyönümlülük, təşəbbüskarlıq və nəticəyönümlülük
Kommersiya təklifləri, fəaliyyət planları və hesabatlar hazırlamaq bacarığı
MS Office proqramları, xüsusilə Excel və PowerPoint ilə işləmək bacarığı
Komanda ilə işləmək və müstəqil qərarlar qəbul etmək qabiliyyəti
Korporativ satış və B2B əməkdaşlıqları sahəsində təcrübə
CRM sistemləri ilə işləmək bacarığı
Müqavilələrin hazırlanması, kommersiya danışıqları və yeni bazarların inkişafı üzrə təcrübə
Azərbaycan/ingilis /rus /polyak dillərində yüksək ünsiyyət bacarığı
Vəzifə öhdəlikləri:
Yeni biznes imkanlarını, potensial müştəriləri və strateji tərəfdaşları müəyyənləşdirmək
Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və inkişaf perspektivlərini qiymətləndirmək
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək
Potensial müştərilər və biznes tərəfdaşları ilə görüşlər, təqdimatlar və kommersiya danışıqları aparmaq
Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin razılaşdırılması prosesində iştirak etmək
Şirkətin gəlirlərinin və bazar payının artırılması üçün yeni strategiyalar və təşəbbüslər irəli sürmək
Yeni bazarlara, müştəri seqmentlərinə və satış kanallarına çıxış imkanlarını araşdırmaq
Digər şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq və inkişaf etdirmək
Biznes inkişafı üzrə fəaliyyət planları hazırlamaq, müəyyən edilmiş hədəflərin icrasını izləmək
Fəaliyyət nəticələrini təhlil etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək
Şirkətin digər struktur bölmələri ilə koordinasiyalı şəkildə çalışmaq
Əlavə məlumat
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Ünvan – Demirçi plaza
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “ Biznesin inkişafı üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
