Vakansiya haqqında
Təsvir
Müqavilə layihələrinin hüquqi və təsərrüfat-iqtisadi məqsədəuyğunluğunu qiymətləndirmək;
Digər struktur bölmələr tərəfindən təqdim edilən müqavilə layihələrini təhlil etmək, rəy və təkliflər hazırlamaq;
Müqavilələrin hazırlanması və rəsmiləşdirilməsi prosesində iştirak etmək;
Müqavilə layihələrində və əlavə sənədlərdə qanunvericiliyə uyğunsuzluqları müəyyənləşdirmək və onların aradan qaldırılması üçün təkliflər hazırlamaq;
Müqavilələrin bağlanması və rəsmiləşdirilməsi ilə bağlı struktur bölmələrlə qarşılıqlı əlaqəni təmin etmək;
Baxılan məsələlər üzrə arayış, rəy və təklifləri hazırlayaraq şöbə rəhbərinə təqdim etmək;
İmzalanmış müqavilələrin icrasına nəzarət məqsədilə aidiyyəti struktur bölmələrə göndərilməsini təmin etmək.
Tələblər
Hüquq və ya müvafiq sahə üzrə ali təhsil;
Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və rəsmiləşdirilməsi üzrə biliklər;
Azərbaycan Respublikasının mülki qanunvericiliyi və müqavilə hüququ üzrə biliklər;
Müqavilə layihələrini təhlil etmək, hüquqi uyğunsuzluqları müəyyənləşdirmək və müvafiq həll yolları təklif etmək bacarığı;
Analitik düşünmə, diqqətlilik və detallarla işləmək bacarığı;
Yazılı ünsiyyət və işgüzar yazışma bacarıqları;
MS Office proqramlarından istifadə bacarığı.
İş şəraiti
İş rejimi: 5 günlük
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
