Vakansiya haqqında
Şirkətimizə mühasibatlıq və maliyyə əməliyyatlarının aparılması, sənədləşmə və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübəli xanım mühasib axtarılır.
Vəzifə öhdəlikləri
1C mühasibatlıq proqramında mühasibat əməliyyatlarının aparılması;
Alış və satış əməliyyatlarının, mal və materialların hərəkətinin mühasibat uçotunda əks etdirilməsi;
Elektron qaimə-fakturaların, hesab-fakturaların, müqavilələrin, təhvil-təslim aktlarının və digər ilkin mühasibat sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
Anbar uçotunun aparılması və malların maya dəyərinin hesablanması;
Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və kassa əməliyyatlarının uçotunun aparılması;
Yerli və xarici təchizatçılarla hesablaşmaların izlənilməsi və ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi;
Vergi, sosial sığorta və digər məcburi ödənişlərlə bağlı sənədlərin hazırlanmasında iştirak etmək;
Aylıq və illik maliyyə hesabatlarının hazırlanması;
Debitor və kreditor borclarının izlənilməsi və üzləşmə aktlarının hazırlanması;
Mühasibat sənədlərinin düzgünlüyünə, tamlığına və vaxtında rəsmiləşdirilməsinə nəzarət etmək;
Mühasibat sənədlərinin arxivləşdirilməsi və müvafiq qaydada saxlanılması.
Namizədə tələblər
Xanım namizəd
Mühasibatlıq və maliyyə sahəsində müvafiq təhsil və iş təcrübəsi;
1C mühasibatlıq proqramı üzrə praktiki biliklər;
Elektron qaimə-faktura, hesab-faktura, müqavilə və digər mühasibat sənədlərinin hazırlanması üzrə təcrübə;
Vergi qanunvericiliyi və mühasibat uçotu qaydaları barədə biliklər;
Bank əməliyyatları, təchizatçılarla hesablaşmalar və anbar uçotu üzrə biliklər;
MS Excel və digər ofis proqramlarında işləmək bacarığı;
Dəqiqlik, məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti;
Komandada işləmək və iş prosesini müstəqil təşkil etmək bacarığı.
Əmək haqqı: 1000 Azn net
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində "Mühasib" qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
