Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azera Holding

Aparıcı mühasib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

“AZERA Holdinq” tərkibində fəaliyyət göstərən Biznes Vahidində Aparıcı mühasib vakansiyasını elan edir. İş haqqında məlumat Mühasibat uçotu üzrə gündəlik əməliyyatların düzgün və vaxtında aparılmasını təmin etmək. Baş mühasibin tapşırıqları əsasında mühasibatlıq bölməsinin cari işlərini əlaqələndirmək. İlkin mühasibat sənədlərini qəbul etmək, tamlığını və rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlamaq. Mühasibat proqramında əməliyyatların müvafiq hesablar üzrə düzgün əks etdirilməsinə nəzarət etmək. Bank çıxarışlarını mühasibat proqramı ilə gündəlik üzləşdirmək. Kassa mədaxil və məxaric sənədlərinin düzgün tərtib edilməsinə nəzarət etmək. Xammal, iplik, boya və kimyəvi vasitələrin anbara daxilolma sənədlərini yoxlamaq. İstehsalın birbaşa material xərclərini uçota almaq və yoxlamaq. İstehsal sahələri üzrə maya dəyəri və xərc hesabatlarını hazırlamaqda iştirak etmək. 1C və ya digər uçot sistemində məlumatların dəqiqliyini və tamlığını yoxlamaq. Tələblər Ali təhsil (Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə); Azərbaycan dili səlis, rus dili, ingilis dili üstünlükdür Mühasibat uçotu üzrə ən azı 4 il iş təcrübəsi; istehsalat müəssisəsində ən azı 2 il mühasibat təcrübəsi üstünlükdür. Vergi uçotu, maliyyə hesabatları, istehsal maya dəyəri, 1C/ERP və Excel üzrə təlim və sertifikatlar üstünlükdür. Analitik düşüncə, Operativlik və təşəbbüskarlıq,məsuliyyətli,çevik,komanda ilə işləmə bacarığı, stressə davamlı. 1C və ya uyğun mühasibat proqramı, e-taxes, elektron qaimə sistemləri, MS Excel (düsturlar, hesabat və təhlil), Word və Outlook. Bəy namizədlər İş şərtləri və təminat ƏM-nə uyğun rəsmiləşdirilmə Əmək haqqı 1500-1700 AZN 6 günlük iş qrafiki, 6-cı gün qısaldılmış Nahar və Servis xidməti şirkət tərəfindən təmin edilir Ünvan: Bakı şəhəri, Xəzər rayonu CV-nizi “Aparıcı mühasib” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.