Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

PASHA Bank

Özəl bankçılıq üzrə satışlara Qrup Rəhbəri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri Özəl Bankçılıq üzrə Satış komandasının ehtiyaclarının və yeni satış imkanlarının müəyyən edilməsi, mövcud və potensial müştərilərlə əlaqələrin inkişaf etdirilməsinin təmin edilməsi; Müəyyən edilmiş səlahiyyət və limitlər çərçivəsində Satış Şöbəsinin satış fəaliyyəti və əməliyyatlarına (ödənişlər, nağd əməliyyatlar və s.) nəzarət edilməsi; Satış Şöbəsinin əməliyyat bölmələrinin Özəl Bankçılıq BM tərəfindən hazırlanmış metodologiyalara uyğun fəaliyyət göstərməsinə nəzarət edilməsi; Bankın siyasət, qayda, prosedur və standartlarına uyğun olaraq komanda üzvlərinin (RM-lərin) fəaliyyətinin effektivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi; Bankın müəyyən etdiyi xidmət standartlarına riayət olunmasının təmin edilməsi; Zərurət yarandıqda bank məhsulları və xidmətləri üzrə müştərilərə məsləhət və dəstəyin göstərilməsi; Müştərilərlə keçirilən görüşlərin, aparılan müzakirələrin və yazışmaların müvafiq qaydada sənədləşdirilməsinin təmin edilməsi; Müştəri məmnuniyyətinin təmin edilməsi, əsaslandırılmış müştəri şikayətlərinin operativ araşdırılması və müvafiq tədbirlərin vaxtında görülməsi; Satış komandasına yeni əməkdaşların seçilməsi və işə qəbulu prosesində iştirak edilməsi, yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili; İmza səlahiyyətləri çərçivəsində müvafiq sənədlərin yoxlanılması və imzalanması, ABS sistemində müəyyən edilmiş limitlər daxilində əməliyyatların və dəyişikliklərin təsdiqlənməsi; Bankın digər struktur bölmələri ilə effektiv əməkdaşlığın təmin edilməsi; Strateji əhəmiyyətli əsas müştərilər portfelinin birbaşa idarə edilməsi, mürəkkəb müştəri məsələlərinin həllində müştəri menecerlərinə dəstək göstərilməsi; Satış imkanları portfelinin (sales pipeline) idarə edilməsi, həftəlik satış görüşlərinin təşkili, satış proqnozlarının və müvafiq hesabatların Şöbə rəhbərinə vaxtında təqdim edilməsi; Daxili və xarici audit, eləcə də tənzimləyici orqanlar tərəfindən irəli sürülən tələb və sorğuların vaxtında və müvafiq qaydada icrasının təmin edilməsi; Bütün fəaliyyət və əməliyyatların bankın komplayns tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi; Zərurət yarandıqda səlahiyyətləri çərçivəsində müqavilələrin, gündəlik əməliyyat sənədlərinin, rəsmi yazışmaların və digər müvafiq sənədlərin yoxlanılması və imzalanması; Birbaşa tabeliyində olan əməkdaşların davamlı inkişafının və kouçinqinin təmin edilməsi, onların fəaliyyətinin illik və yarımillik əsasda qiymətləndirilməsi; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi. Tələblər Tələb olunan bilik, bacarıq və təcrübə Təhsil: İqtisadiyyat, maliyyə, bank işi və ya digər müvafiq sahələr üzrə ali təhsil (bakalavr dərəcəsi); İş təcrübəsi: Bankçılıq, satış və ya digər müvafiq sahələr üzrə minimum 3–5 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Kompüter bilikləri: Microsoft Office proqramlarında (Excel, Word) sərbəst işləmək bacarığı; Bank məhsulları və prosedurlar üzrə biliklər: Bankın məhsul və xidmətləri, müvafiq daxili siyasət və prosedurlar, eləcə də bank fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər; Bazar bilikləri: Özəl bankçılıq bazarı və yüksək gəlirli müştərilər seqmenti, rəqib bankların məhsul və xidmət təklifləri, yerli və beynəlxalq kapital bazarları, həmçinin Azərbaycan Mərkəzi Bankının müvafiq tənzimləyici tələbləri barədə biliklər; Liderlik və idarəetmə bacarıqları: Komandanın idarə edilməsi və inkişaf etdirilməsi, əməkdaşların istiqamətləndirilməsi və kouçinqi, effektiv qərarvermə və nəticəyönümlü idarəetmə bacarıqları; Analitik və peşəkar bacarıqlar: Güclü analitik düşünmə, hesabatların hazırlanması, problemlərin həlli, innovativ yanaşma və davamlı inkişaf bacarıqları; Ünsiyyət və müştəri münasibətləri: Güclü kommunikasiya və danışıqlar aparmaq, münaqişələri effektiv idarə etmək, uzunmüddətli müştəri münasibətləri qurmaq və müştəriyönümlü yanaşma bacarıqları; Şəxsi keyfiyyətlər: Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq, nəticəyönümlülük, peşəkar etik prinsiplərə sadiqlik və məxfiliyin qorunmasına həssas yanaşma. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.