Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Az-Tex-İmport MMC

Servis üzrə operator

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş şəraiti: İş yeri: Bakı şəhəri, Qaradağ rayonu (Meyvəli gömrük terminalının yaxınlığı) İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü qısaldılmış iş günü) Əməkhaqqı: 1000 AZN Tələblər: Xanım namizəd MS Excel, MS Word və 1C proqramlarında yüksək səviyyədə işləmək bacarığı; Yüksək məntiqi və analitik düşünmə qabiliyyəti, rəqəmlər və sənədlərlə dəqiq işləmə bacarığı; Müştərilərlə səlis və peşəkar ünsiyyət qurmaq qabiliyyəti; Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı; Qeyd: Avtomobil sahəsində təcrübə, həmçinin rus və ingilis dili bilikləri arzuolunandır və əlavə üstünlük hesab ediləcək. Vəzifə öhdəlikləri: Müştərilərlə davamlı əlaqənin saxlanılması, sorğuların qəbulu və operativ cavablandırılması; Servis kartlarının yoxlanılması və müvafiq məlumatların sistemə işlənilməsi; Qaimə və hesab-fakturaların tərtib edilməsi, proqramdan çıxarılması və müştərilərə yönləndirilməsi; Mühasibatlıq şöbəsi ilə koordinasiyalı şəkildə gündəlik sənəd dövriyyəsinin idarə edilməsi. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini elektron məktubun mövzu hissəsində "Servis üzrə operator" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.