Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Xərclərə nəzarət üzrə mühəndis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

​​​​İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Vəzifə öhdəlikləri: Tikinti, bərpa və yenidənqurma layihələri üzrə büdcənin formalaşdırılması, xərclərə nəzarət edilməsi və xərc uçotunun aparılması; Layihə üzrə faktiki xərclərin smeta dəyəri və təsdiq olunmuş büdcə ilə müqayisəli təhlilinin aparılması, kənarlaşmaların aşkar edilməsi və səbəblərinin araşdırılması; İcraçı təşkilatlar tərəfindən təqdim olunan yerinə yetirilmiş işlərin təhvil-təslim aktlarının (Forma 2 sənədlərinin) yoxlanılması; Tikinti materialları, avadanlıqlar və xidmətlər üzrə xərclərin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması; Layihələrin icra qrafikinə uyğun olaraq maliyyə və xərc axınlarının izlənilməsi, proqnozların tərtib edilməsi; Ehtiyat və gözlənilməz xərclərin idarə olunması, əlavə işlər üzrə maliyyə qiymətləndirmələrinin aparılması; Aylıq, rüblük və illik xərc hesabatlarının, büdcə icra vəziyyəti haqqında arayış və təhlillərin rəhbərliyə təqdim olunması; Layihə üzrə aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək xərclərə operativ nəzarət mexanizminin tətbiq edilməsi. Namizədə tələblər: İnşaat mühəndisliyi və ya tikintinin iqtisadiyyatı sahəsində ali təhsil; Tikinti sahəsində (smeta və xərclərə nəzarət istiqamətində) ən azı 3–5 il iş təcrübəsi; Tikinti norma və qaydalarını, xərclərə nəzarət prinsiplərini dərindən bilməli; AutoCAD, MS Office (xüsusilə peşəkar səviyyədə Excel) proqramlarında sərbəst işləmək bacarığı; Analitik düşüncə, rəqəmlərlə və maliyyə göstəriciləri ilə işləmək bacarığı, yüksək məsuliyyət və peşəkar sənəd intizamı. Təklif olunur: Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN); Peşəkar inkişaf; Dövlət layihələrində iştirak etmək imkanı. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Xərclərə nəzarət üzrə mühəndis” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.