Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Satınalma üzrə mütəxəssis (Dövlət satınalmaları)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Vəzifə öhdəlikləri: Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq dövlət satınalmalarının təşkili və həyata keçirilməsi prosesində iştirak etmək; İllik satınalma planının hazırlanması üçün struktur bölmələrdən daxil olan mal, iş və xidmətlərə dair tələbatların toplanmasında, sistemləşdirilməsində və təhlilində iştirak etmək; Satınalma prosedurları üzrə elanların, şərtlər toplusunun, texniki tapşırıqların və digər zəruri sənədlərin hazırlanmasında iştirak etmək; Satınalma predmetlərinin ehtimal olunan qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə bazar araşdırmalarının aparılmasında, qiymət təkliflərinin toplanmasında və müqayisəli təhlilində iştirak etmək; Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə satınalma prosedurları üzrə sənədlərin yerləşdirilməsi, məlumatların daxil edilməsi və müvafiq əməliyyatların həyata keçirilməsini təmin etmək; Satınalma prosedurlarında iştirak edən təchizatçıların təqdim etdikləri sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu ilkin qaydada yoxlamaq; Satınalma komissiyasının fəaliyyəti ilə bağlı sənədlərin, iclas protokollarının və digər materialların hazırlanmasında və rəsmiləşdirilməsində iştirak etmək; Satınalma prosedurları üzrə daxil olan sorğuların qeydə alınmasını və aidiyyəti struktur bölmələrlə əlaqələndirilməklə cavablandırılması üçün zəruri məlumatların hazırlanmasını təmin etmək; Satınalma prosedurlarının nəticələri üzrə müqavilə layihələrinin hazırlanmasında, razılaşdırılmasında və müqavilələrin icrasına dair məlumatların toplanmasında iştirak etmək; Satınalma proseslərində şəffaflıq, rəqabətlilik, obyektivlik, səmərəlilik və məxfilik prinsiplərinə riayət etmək; Fəaliyyət istiqamətinə uyğun olaraq şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər: Ali təhsil (iqtisadiyyat, maliyyə, idarəetmə, hüquq və digər müvafiq ixtisaslar üzrə təhsilə üstünlük verilir); Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununu və müvafiq normativ hüquqi aktları bilmək; Dövlət satınalmalarının vahid internet portalında sərbəst işləmək bacarığı; Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin “E-Müqavilə” altsistemində sərbəst işləmək bacarığı. Təklif olunur: Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN); Peşəkar inkişaf; Dövlət layihələrində iştirak etmək imkanı. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.