Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Mühasib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Vəzifə öhdəlikləri: Mühasibat uçotunu beynəlxalq standartlara və yerli qanunvericiliyə (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və s.) uyğun olaraq tam və düzgün əks etdirilməsi; Bank və Xəzinədarlığın informasiya İdarəetmə Portalında əməliyyatların həyata keçirilməsi, hesab-fakturaların, elektron qaimə-fakturaların, tərtib və təqdim olunması; Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması, müvafiq vergi və sosial sığorta ayırmalarının düzgün hesablanması və vaxtında ödənilməsinin təmin edilməsi; Vergi, statistika və DSMF hesabatlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə hazırlanıb aidiyyəti qurumlara təqdim olunması; Təchizatçılar və podratçılarla üzləşmə aktlarının aparılması, debitor və kreditor borclarına nəzarət edilməsi; Əsas vəsaitlərin uçotunun aparılması, inventarizasiya prosesində iştirak edilməsi və nəticələrin müvafiq sənədlərlə rəsmiləşdirilməsi; Maliyyə-təsərrüfat fəaliyyətinin uçot sənədləri əsasında təhlil edilməsi və rəhbərliyə müvafiq hesabatların verilməsi; Daxili intizama, mühasibat uçotu qaydalarına və sənəd dövriyyəsinin qaydalarına ciddi şəkildə riayət olunması. Namizədə tələblər: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat sahəsində ali təhsil; Müvafiq sahə üzrə ən azı 3–5 il iş təcrübəsi (tikinti və ya büdcə təşkilatlarında təcrübə üstünlükdür); Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotu standartlarını dərindən bilməli; MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı; Vergi, Statistika və Xəzinədarlığın informasiya İdarəetmə portalları ilə işləmə təcrübəsi; Yüksək məsuliyyət, analitik düşüncə, dəqiqlik, rəqəmlərlə işləmək bacarığı və peşəkar sənəd intizamı. Təklif olunur: Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN); Peşəkar inkişaf; Dövlət layihələrində iştirak etmək imkanı. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Mühasib” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.