Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Smeta mühəndisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Vəzifə öhdəlikləri: Layihə-smeta sənədlərinin yoxlanılması; Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək; Layihə-smeta sənədlərinin ekspertizadan keçirilməsi və yaranmış iradların operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi; Layihəyə uyğun olaraq iş həcmlərinin yoxlanılması; Tikinti materiallarının, avadanlıqların və məmulatların cari bazar qiymətlərinin təhlil edilməsi, qiymətləndirilməsi və smeta dəyərinə uyğunluğunun yoxlanılması; Layihə icrası zamanı faktiki dəyişikliklərə əsasən smeta sənədlərinin yenilənməsi; İcraçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması; Smeta sənədləri əsasında iş həcmləri (BOQ) cədvəllərinin hazırlanması; Smeta və xərclər üzrə zəruri təhlillərin aparılması. Namizədə tələblər: İnşaat mühəndisliyi və ya tikintinin-iqtisadiyyatı ixtisası üzrə ali təhsil; Müvafiq sahə üzrə (smeta mühəndisliyi sahəsində) ən azı 3–5 il iş təcrübəsi; Tikinti norma və qaydalarını (AzDTN, SNİP və s.), smeta hazırlanma qaydalarını bilməli; AutoCAD, MS Office (xüsusilə peşəkar səviyyədə Excel) və dövlət smeta proqramında (e-semta.ttnd.az) sərbəst işləmək bacarığı; İnşaat prossesi haqqında biliklər, analitik düşüncə, yüksək məsuliyyət və sənəd intizamı. Təklif olunur: Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN); Peşəkar inkişaf; Dövlət layihələrində iştirak etmək imkanı Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Smeta mühəndisi” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.