Vakansiya haqqında
Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Daxili audit şöbəsinin Aparıcı/Baş mütəxəssisi vakansiyası elan edir
Vəzifə öhdəlikləri
Biznes proseslər üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək;
Yoxlanılan sahənin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunu qiymətləndirmək;
Beynəlxalq audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
Məsafədən və yerində auditlər aparmaq, məlumat bazalarının təhlilini həyata keçirmək;
Audit müşahidəsi və tövsiyələrin icrası üzrə hesabat tərtib etmək;
Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
Namizədə dair tələblər:
İqtisadiyyat və ya hüquq sahələrində ali təhsil;
Maliyyə bazarlarında Audit sahəsində azı 2 illik iş təcrübəsinin olması;
BOKT və Banklara dair Qanunvericiliyin tələblərini və Mərkəzi Bankın qaydalarını bilmək;
Proseslər üzrə riskləri, dələduzluq halları və nöqsanları müəyyən etmək qabiliyyəti;
Analitik düşünmə bacarığı;
Komandada işləmə bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Mükəmməl Azərbaycan dili biliyi;
Microsoft Office proqramları ilə işləmə bacarığı.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində "Daxili Audit şöbəsinin aparıcı/baş mütəxəssisi qeyd etməklə göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
