Vakansiya haqqında
Tələblər:
Ali təhsil;
Oxşar sahədə iş təcrübəsi üstünlükdür;
MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
Sənədlərlə dəqiq işləmək və hesabat hazırlamaq qabiliyyəti;
Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.
Vəzifə funksiyaları:
İcarə müqavilələrinin razılaşdırılması və müəyyən edilmiş müddətdə imzalanması prosesini koordinasiya etmək;
Apteklərin təmir işlərinin təsdiq edilmiş qrafikə uyğun icrasını izləmək və mümkün gecikmələr barədə vaxtında məlumat vermək;
Avadanlıqlara olan tələbatın müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması, çatdırılma və quraşdırılma prosesinə nəzarət etmək;
Aptekin açılışı üçün ilkin mal qalığının müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması və malların vaxtında təmin edilməsini koordinasiya etmək;
Sahibkarlarla yekun hesablaşmalar üçün zəruri sənəd və məlumatların tam və düzgün təqdim edilməsini təmin etmək;
Müvafiq tələbnamələrin düzgün, tam və müəyyən olunmuş müddətdə hazırlanmasına nəzarət etmək;
Aptekin açılış tarixinədək işçi heyəti ilə təminat prosesini koordinasiya etmək;
Obyektlər üzrə icra planını yeniləmək, riskləri və gecikmələri vaxtında müəyyənləşdirmək, rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi
İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin edilir;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Yeni apteklərin təşkili üzrə kiçik mütəxəssis qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
