Vakansiya haqqında
Əsas Vəzifə öhdəlikləri
P&C məhsul tariflərinin analizi və idarə olunması;
Məhsul inkişafı ilə bağlı ilkin cəhdləri həyata keçirmək; sığorta məhsul və tariflərinin aktuari biliklərinə əsasən təyin etmək və inkişafı üçün tövsiyələr vermək;
Seqmentasiyaya əsasən zərərlilik və sığorta haqqı ilə bağlı gedişatı izləmək, bu istiqamətdə inkişaf üçün tövsiyələr vermək;
Ehtiyac olan analizlərlə bağlı komandaya dəstək vermək;
Şəxsi inkişafa ciddi əhəmiyyət verməklə və bu sahə ilə bağlı imtahanlarda müvəffəqiyyət qazanmaqla aktuari sahəsində ixtisaslaşmaq;
Tələblər
Təcrübə
Riyaziyyat, aktuari (actuarial science), statistika, iqtisadiyyat,kompüter elmləri, kibernetika və ya digər texniki ixtisaslar üzrə bakalavr və ya magistr təhsili ;
FM və ya P imtahanları verənlərə üstünlük veriləcəkdir;
Sığorta sahəsində minimum 1 il aktuar təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
Biliklər
Microsoft Excel ilə mükəmməl səviyyədə işləmək;
SQL və bu kimi proqramlarda işləmək;
Bacarıqlar
Dəyişən prioritetlərə yüksək hazırlıq;
Komanda ilə işləmək bacarığı;
Analitik, yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları;
Intizamlı və çarpaz funksiyalı iş mühitində işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
