Vakansiya haqqında
Tələblər:
Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas);
Müvafiq sahədə 3 il iş təcrübəsi;
1C proqram biliyi arzuolunandır;
İşində dəqiq və məsuliyyətli olmalıdır.
Vəzifə funksiyaları:
İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik;
Aptekdə dərmanların iadəsinə nəzarət;
Malların son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik;
Aptekin ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdansatış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək;
Əczaçılıq qaydalarının pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq;
Müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət;
Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması;
Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət;
Aptekin mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin verilməsini təmin etmək;
Ona həvalə olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarəti həyata keçirmək;
Dərman preparatları barədə müştəriləri dolğun məlumatlandırmaq;
Müştərinin sifarişini vaxtında və dəqiq yerinə yetirmək.
İş şəraiti:
İş qrafiki: 09:00 -18:00
Əmək haqqı: 800 - 850 AZN + Bonus sistemi mövcuddur.
Əlavə suallar üçün 050-253-01-59, 050-253-01-52 nömrəsi ilə əlaqə saxlaya və ya Whatsapp üzərindən yaza bilərsiniz.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Aptek müdiri qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
