Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
Sahə işləri zamanı topoqrafa texniki dəstəyin göstərilməsi və ölçmə proseslərində aktiv iştirak edilməsi;
Topoqrafik cihazların quraşdırılmasında, daşınmasında və istifadəsində köməkliyin göstərilməsi;
Sahədə aparılan ölçmələrin dəqiq qeydlərinin aparılması və ilkin məlumatların toplanılması;
Ölçmə nəticələrinin emalına köməkliyin göstərilməsi, sxem və hesabatların hazırlanmasında iştirak;
Sahə ölçmələrinin mövcud norma və təlimatlara uyğun sənədləşdirilməsində topoqrafa kömək edilməsi;
Cihazların gündəlik texniki qulluğunun icrası, onların təhlükəsiz saxlanmasının və daşınmasının təmin edilməsilməsi;
Sahə işlərində istifadə olunan avadanlıqların düzgün və təhlükəsiz istifadəsinin təmin edilməsi.
Namizədə tələblər:
Geodeziya, topoqrafiya və ya əlaqəli sahə üzrə təhsil mütləqdir;
Müvafiq işdə minimum 1 il təcrübə;
Topoqrafik ölçmə cihazları ilə işləməyə maraq və öyrənməyə açıq olmaq;
Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma;
Açıq sahədə və səyyar şəraitdə işləməyə fiziki uyğunluq;
Texniki düşüncə və diqqətli olmaq.
AutoCAD, MS Office (xüsusilə Excel) və GIS proqramları üzrə ilkin biliklər üstünlükdür.
İş şəraiti:
İş yeri: Güzdək qəs.
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Topoqraf köməkçisi (Güzdək)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
